195 Çağrı Mərkəzinin təqdimatı keçirilib
Tarix: 24.02.2015 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Bu gün Vergilər, Maliyyə, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərini, Dövlət Gömrük Komitəsini və Dövlət Sosial Müdafiə Fondunu əhatə edən 195 Çağrı Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar təqdimat mərasimi keçirilib.
Tədbiri Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov açaraq qeyd edib ki, “Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün strateji plan”da sahibkarların, vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, sosial və digər icbari ödənişlər barədə məlumat almalarını təmin etmək məqsədilə Vergilər Nazirliyinin “195” nömrəli telefon məlumat xidmətinin və ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlərin vahid telefon məlumat xidmətinə inteqrasiya olunmaqla, vahid “Çağrı Mərkəzinin”in təşkili üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Dövlət başçısının 11 avqust 2010-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş “Elektron Azərbaycan” Dövlət Proqramında sahibkarlıq fəaliyyəti sahəsində digər tədbirlərlə yanaşı Universal Çağrı Mərkəzinin yaradılması da nəzərdə tutulub. Layihənin icrasına 2010-cu ildən başlanılmış və mərkəzə qoşulacaq qurumlar kimi Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu müəyyən edilmiş, Vergilər və İqtisadiyyat və Sənaye Nazirliklərinə bu qurumlara 195 Çağrı mərkəzinin bazasında metodiki köməklik göstərilməsi tapşırılıb.
Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəis müavini Məhəmməd Yunusov “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili” mövzusunda təqdimatla çıxış edərək, 195 Çağrı Mərkəzinin yaradılması və onun icrası sahəsində görülmüş işlər barədə geniş məlumat verib. Bildirilib ki, Nazirlər Kabinetinin 2013-cü oktyabrın 28-də verdiyi sərəncamına uyğun olaraq layihə çərçivəsində mərkəzə daxil olan dövlət qurumlarında xidmət zalları yaradılıb, əməkdaşlar təlimlərə cəlb edilib. 195 Çağrı Mərkəzi üzrə xüsusi proqram təminatı hazırlanıb və qurulmuş serverlər vasitəsilə qurumlar bir-birinə inteqrasiya olunub.
195 Çağrı Mərkəzi artıq fevralın 4-dən əhalinin, o cümlədən sahibkarların suallarının operativ və keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başlayıb. Hazırda onun xidmətlərindən istifadə etmək üçün birbaşa 195 nömrəsinə zəng edərək, səsli menyunun köməkliyi ilə və ya müvafiq düymələrdən birini seçərək birbaşa Vergilər, İqtisadiyyat və Sənaye, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinə, Dövlət Gömrük Komitəsinə və Dövlət Sosial Müdafiə Fonduna müraciət edilə bilər.
Dövlət qurumlarının nümayəndələri çıxış edərək 195 Çağrı Mərkəzinin yaradılmasında başlıca məqsədin vətəndaşlara mütərəqqi xidmət və dövlət dəstəyinin təmin edilməsi, dövlət orqanlarının hər zaman əlçatan olması və vətəndaş məmnunluğunun yüksəldilməsi, ölkədə əlverişli biznes mühitinin formalaşmasından ibarət olduğunu bildirib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
“Güclü külək regionların enerji təsərrüfatına ciddi ziyan vurub”
26.02.2020
“Yaxın 20 ildə neftə olan tələbat artacaq“
25.02.2020
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib
25.02.2020
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib
25.02.2020
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11455

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info