Cənub Qaz Dəhlizi ilə bağlı bəyanatın detalları açıqlanıb
Tarix: 25.02.2015 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Cənub Qaz Dəhlizi Məşvərət Şurası üzvlərinin ictimaiyyət üçün birgə bəyanatının detallarını açıqlayıb. ARDNŞ-dən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, etibarlı təchizat və dünya bazarlarına enerji nəqlinin təhlükəsizliyinin təminatı davamlı inkişafın təmin edilməsində ən vacib və zəruri faktorlardır.
“Strateji əməkdaşlığın əhəmiyyətinin artmaqda olduğunu və Cənub Qaz Dəhlizinin uğurla və qrafikə uyğun həyata keçirilməsi üçün qarşılıqlı faydaya əsaslanan fəaliyyətlərin gücləndirilməsi və genişləndirilməsinə olan niyyətimizi bir daha təkrar edirik”, - deyə bəyanatda vurğulanır.
Sənəddə həmçinin qeyd olunur ki, Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələrin iştirakçıları üçün əlverişli maliyyələşdirməyə nail olmaq məqsədi ilə şəffaf, proqnozlaşdırıla bilən və stabil qanunvericilik mühitinin formalaşdırılması, milli və Avropa maliyyə institutlarının cəlb edilməsi üçün daha səmərəli mexanizmlərin işlənib hazırlanması naminə növbəti səylər nəzərdən keçiriləcək: “Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçiriləcək layihələr üzrə fəaliyyətlərin başlanılması üçün tələb olunan müvafiq qanunverici və ilkin hüquqi tələblər, həmçinin icazə və təsdiq qərarları üçün müvafiq ölkələrin hazırlığını təsdiq edirik. Energetika sahəsində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini bir daha təsdiq edir və Azərbaycandan Avropaya və digər bazarlara enerji təchizatını həyata keçirən marşrutların şaxələndirilməsi istiqamətində aparılan siyasətin davam etdirilməsinin mühüm olduğunu nəzərə alırıq”.
Bundan başqa, bəyanatda deyilir ki, layihənin həyata keçirilməsi məsələləri barədə Avropa Birliyinin mövcud formatından ən səmərəli şəkildə istifadə etmək üçün strateji infrastrukturun inkişaf etdirilməsini dəstəklənir və Avropa Komissiyasının davamlı dəstəyi ilə Cənub Qaz Dəhlizi ilə bağlı konkret yanaşma aparılır: “Cənub Qaz Dəhlizinin həyata keçirilməsi zamanı ortaya çıxa biləcək bütün məsələləri ən praktik şəkildə və vaxtında həll etmək üçün Cənub Qaz Dəhlizinin bütün potensial gələcək iştirakçılarına da açıq olmaqla ikitərəfli və çoxtərəfli formatda işçi məsləhətləşmələr aparılmasını nəzərdə tuturuq”.
Xatırladaq ki, fevralın 12-də Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçirilib. İclasın sonunda Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Türkiyə, Birləşmiş Krallıq, ABŞ-ın səlahiyyətli nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti tərəfindən birgə bəyanat imzalanıb.


Fuad




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info