“Dünya həbsxanalarında yatanların 25 faizi ABŞ-ın payına düşür”
Tarix: 27.02.2015 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


“Liberty Blitzkrieg”: “Amerikada 2,7 milyon yetkinlik yaşına çatmayan uşaq valideynlərindən biri olmadan böyüməyə məcburdur. Çünki digər valideyn ömrünü həbsxana divarları arasında keçirir”

“ABŞ əhalisi dünya əhalisinin 5 faizini təşkil edir. Amma həbsxanalarda olan məhkumların sayına görə ABŞ dünya lideridir - dünya üzrə bütün həbsxanalarda olan məhbusların 25 faizi ABŞ həbsxanalarının payına düşür. Konkret rəqəmlərlə ifadə etsək bu gün 2,3 milyon amerikalı həbsxanada yatır. Amerikada cinayətkarlığın səviyyəsi artmaqda davam edir”. Bu məlumat “Liberty Blitzkrieg” nəşrinin araşdırması nəticəsində ortaya çıxıb. Nəşr müəyyən edib ki, hər üçüncü qaradərilinin yolu mütləq azadlıqdan məhrumetmə yerinə düşür. Amerikada 2,7 milyon yetkinlik yaşına çatmayan uşaq valideynlərindən biri olmadan böyüməyə məcburdur. Çünki digər valideyn ömrünü həbsxana divarları arasında keçirir. Ümumilikdə 1970-ci ildən sonra ABŞ-da həbsxanada yatanların sayı 4 dəfə artıb. Nyu-York Universitetinin nəzdində fəaliyyət göstərən araşdırma mərkəzinin hesabatında qeyd edilir ki, həbsxanada yatanların sayı o qədər çoxdur ki, artıq oranın “tərbiyələndirici əhəmiyyəti” heçə enib. Mərkəz hesab edir ki, 1970-ci ildən sonra həbsxanada yatanların sayının 4 dəfə artması məntiqlə cəmiyyətdə cinayətkarlığın azalmasına təsir etməlidir. Amma rəqəmlər təsdiqləyir Amerika cəmiyyətində cinayətkarlığın səviyyəsi azalmaq əvəzinə, sürətlə artır. Yəni, cəza tədbiri kimi həbsxanada yatmaq cəmiyyətin kriminallaşmasının qarşısını almayıb. Qeyd edilir ki, 1970-ci ildə Amerika həbsxanalarında 200 min məhbus yatıb. Amma bu gün Birləşmiş Ştatlarda hər 100 min qanuna tabe olan vətəndaşa 496 cinayətkar düşür. Bu, istənilən digər inkişaf etmiş ölkə ilə müqayisədə çoxdur. Məsələn, Rusiyada bu rəqəm 467, Britaniyada 148, Fransada 102, Almaniyada 76, Yaponiyada 50 nəfərdir.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info