Bəşəriyyət üçün yeni təhlükə: süni intellekt dünyanı dağıda bilər
Tarix: 02.03.2015 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Stiven Hokinq: “Süni intellekt insan nəslinin mövcudluğuna son qoya bilər”

Elon Mask: “5 ildən də az bir müddət sonra biz süni intellektli maşınların davranışlarında risk və təhlükələrlə qarşılaşacağıq”

Süni intellekt – hegemoniyanın yeni sferasınnı yaradılmasına səbəb ola bilər. Bu barədə Rusiyanın “inosmi.ru” saytı yazır. Qeyd edilir ki, Böyük Britaniyanın elmi və akademik ictimaiyyəti son zamanlar aktiv şəkildə süni intellektin yaradılması mövzusunun müzakirəsinə cəlb olunub. Bu süni intellekt, onların fikrincə, bəşəriyyətin gündəliyində aktual bir şəkildə qalmaqdadır və bu təsadüfi deyil. Bütün potensial riskləri analiz edən və qiymətləndirən britaniyalı riyaziyyatçı və astrofizik Stiven Hokinq belə bir qənaətə gəlib ki, süni intellekt insan nəslinin mövcudluğuna son qoymağa qadirdir. Onun ideyası bir tərəfdən insanın məhdud bioloji imkanları, digər tərəfdən isə maşınların sürətli təkamülü ilə bağlıdır. Alim ötən il BBC-yə müsahibəsində bildirib ki, tammiqyaslı süni intellektin meydana çıxması insan irqinin sonuna səbəb ola bilər. Bu apokaliptik öncəgörmə xarici aləmlə əlaqə üzrə yeni texnologiyalarla bağlı məsələlərə cavab kimi verilib.
Hokinq qeyd edib ki, süni intellektin ibtidai formaları özlərinin yararlılığını göstəriblər, amma insanlıq onların elə yeni bir səviyyəsini yarada bilər ki, bu, öz yaradıcısını da ötüb keçər: “Belə bir zəka təşəbbüsü əlinə alacaq və bütün sürətilə özü-özünü tamamlamış olacaq. İnsanların imkanları çox ləng təkamüllə məhdudlaşır, biz maşınlar kimi sürətli təkamül edə bilmərik”.
Amma bu fikrə qarşı çıxanlar da var: “Cleverbot”un veb- əlavəsini işləyən Rollo Karpenter Hokinqə belə cavab verib: “Hesab edirəm ki, biz hələ uzun müddət özümüz tərəfindən yaradılan texnologiyaların ağaları olaraq qalacağıq və onlar bizə bir çox dünya problemlərinin həllində yardım edəcəklər”. “Cleverbot” özünü “Turing” testində yaxşı göstərib. Testin mahiyyəti belədir: Digər insan və kompüterlə əlaqə saxlayan bir insan suallara cavab vermək əsasında hansı situasiyada həmin insanın insan, hansında isə maşın olduğunu müəyyən edə bilərmi? Burada kompüterin tapşırığı insan məntiqinin altında qərar tutmaqla, özünün kompüter kimi sezilməməsinə nail olmaqdır. “Cleverbot” uğurla insan fikirlərini yamsılayaraq, xeyli sayda adamı bu baxımdan aldada bilib.
Öz növbəsində, Rollo Karpenter güman edir ki, tammiqyaslı süni intellektə səbəb ola biləcək müvafiq alqoritmlərin yaradılması üçün hələ bir neçə onilliyə ehtiyac var: “Biz əminliklə deyə bilmərik ki, maşınlar bizi öz intellektləri ilə keçsələr, nə baş verəcək. Həmçinin,biz deyə bilmərik ki, onlar özlərini necə aparacaqlar – onlar bizə kömək edəcəklər, yoxsa saya almayacaqlar, ya da gec-tez məhv edəcəklər”.
Qeyd edək ki, o, bu cür pessimist fikir söyləməkdə tək deyil. Sahibkar-mühəndis, milyarder, amerikan kosmik şirkətləri SpaceX-in və Tesla-nın banisi Elon Mask da qeyd edib ki, süni intellektin yaradılması uğuru bizim dövrün ən əlamətdar hadisəsi olacaq: “Amma təəssüf ki, bu, bizim mövcudluğumuzun son hadisəsi olacaq”.
Onun fikrincə, 5 ildən də az bir müddət sonra biz süni intellektli maşınların davranışlarında risk və təhlükələrlə qarşılaşacağıq.
Professor Hokinq isə həm də əmindir ki, artıq internetlə bağlı ciddi problemlər var. Bununla bağlı qorxusu ilə o, kommunikasiyalara nəzarət üzrə Britaniya Mərkəzinin direktoru Robert Peter Hanniganın sözlərini təsbit etmiş olur. Belə ki, az öncə Hannigan xəbərdar etmişdi ki, internet terror təşkilatları üçün komanda mərkəzi ola bilər: “İnternet şirkətləri bu təhdidə qarşı ciddi şərait yaratmalıdırlar. Amma çətinlik ondadır ki, belə şərait hazırlanarkən, şəxsi həyata aid hüquqlar, azadlıq zədələnməməlidir”.
“Microsoft”un prezidenti Bill Qeyts də süni intellektin öz yaradıcılarının iradəsi üçün sonradan problemlər yaradacağı fikrindədir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info