“Regional şəhərlərin inkişafına xüsusi əhəmiyyət verilməlidir”
Tarix: 05.03.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Həzi Eynalov: “Cazibə mərkəzi olan regional şəhərlər regionlardan olan miqrasıyanın qarşısını alır”

Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişafı proqramları Bakı ilə regionlar arasında fərqləri aradan qaldırmaqda, regionlarda müasir infrastruktur formalaşdırmaqda və region əhalisinin məşğullluq və həyat səviyyəsini daha da artırmaqdadır. Bu mövzu ilə bağlı bizə fikirlərini bildirən ekspertlərin təklifləri də maraqlıdır. Bu aspektdən bizə açıqlama verən iqtisadçı ekspert Həzi Eynalova görə, ümumiyyətlə, regional inkişafla əlaqədar görülən tədbirlər gələcəkdə aşağıdakı hədəflərə nail olunmasını təmin edəcək: “Ölkədə mövcud olan makroiqtsadi sabitliyin möhkəmlənməsi; ədalətli rəqabət mühitinin formalaşdırılması; ölkənin iqtisadi potensialının daha səmərəli istifadə edilməsinin reallaşdırılması; rəqabətqabiliyyətli iqtisadi strukturun qurulması; daxili istehsal hesabına ərzaq təhlükəsizliyinin təmin olunması; qeyri-neft sektorunun əhatəli və dinamik inkişafı; regionlar arasında mövcud olan qeyri-bərabərliyin minimuma endirilməsi; ixracyönümlü bazar strukturunun təşkili; yoxsulluğun və işsizliyin daha da azaldılması, ölkədə orta təbəqənin xüsusi çəkisinin artması; əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması; təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə xidmətlərinin daha keyfiyyətli olması ilə yanaşı, geniş xalq kütləsinin bu xidmətlərə olan ehtiyacının qarşılanması; məşğulluq səviyyəsinin xeyli artırılması; ətraf mühitin mühafizəsinin daha yüksək səviyyədə təşkil olunması mümkün olacaq”.
Qeyd edilənlərdən əlavə, ekspert bir sıra təkliflər də irəli sürdü: “Regionlar ölkənin bir hissəsi olduğu üçün müəyyən tədbirlər ümumi ölkə səviyyəsində diqqətə alınmaıdır. Mərkəzi bölgələrdə gedən inkişafın və proseslərin regionlara təsiri düzgün qiymətləndirildiyi halda, uğurlar daha çox olacaq. Bu baxımdan müəyyən regionlarda xüsusi şəhərlər seçərək onların inkişafına daha böyük əhəmiyyət verilməlidir. Məsələn, Gəncə, Şəki kimi şəhərlər. Dünya təcrübəsində də bu var ki, regionlarda meydana gətirilən cazibə mərkəzi olan şəhərlər regionlardan olan miqrasıyanın qarşısını alır. Həmçinin regional təşkilatların strukturlarının təkminləşdirilməsi və kadr potensialının möhkəmləndirilməsi də bu sahədə işlərin daha miqyaslı səviyyədə uğurlu olmasını təmin edəcək. Bundan başqa, Region mərkəzli idarəetmə sisteminə keçilməldir. Regionların inkişafı ilə əlaqədar keyfiyyətli kadr potensialına sahib qurumlar formalaşdırılmalı və inkişaf proqramlarının həyata keçirilməsində onların rolu artırılmalıdır.
Regionların rəqabət üstünlüyü olan məhsulları qeyd olunan yerli qurumlar tərəfindən müəyyən edilməli, dəstək daha çox həmin istiqamətə yönəldilməlidir. Alternativ istehsal metodları, məsələn, ekoloji təmiz kənd təsərrüfatı kimi sahələrin inkişafı xüsusi diqqətə alınmalıdır. Prezidentin də bu sahədə xüsusi göstərişləri və diqqəti var.
Həmçinin istehsal sahələrinə innovasiyaların tətbiqinin təşviq edilməsi də daha çox məhsul istehsalına təkan verəcək. Bu baxımdan spesifik məhsul istehsalının coğrafi brendlərlə hazırlanmasının imkanlari araşdırılmalıdır. Məsələn, Qubanın filan kəndinin kəndinin xalçası - dünyada belə spesifik məhsullara rəğbət hər keçən gün artır.
Bundan başqa, regionlarda əhalinin əmək məhsuldarlığını və məşqulluğunu artıracaq layihələr həyata keçirilməlidir. Hər bir regionda və hətta, kənddə belə ehtiyaca görə kurslar təşkil oluna bilər.
Regionlarda insan kapitalının artırılmasında oradakı universitetlər, təhsil qurumları, qeyri-hökümət təşkilatlarının təşviq olunması məqsədəuyğundur. Məsələn, peşə və texniki məktəblər aktivləşdirilməli, univeristetlərə regionlarda ikiillik belə məktəbləri bitirmə haqqı verilməlidir”.
Ekspertin daha bir maraqlı təklifi isə ev xanımlarının potensialından regionun xüsusiyyəti diqqətə alınmaqla istifadə olunması ilə bağlıdır.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info