Müşfiq Ələsgərli: “Saxta profillərlə bağlı tədbirlər görülməlidir”
Tarix: 10.03.2015 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Sosial medianın inkişafına əngəl olan amillərdən biri və bəlkə də ən əsası hazırda sosial şəbəkələrdə yaradılan saxta profillərlə bağlıdır. Təsadüfi deyil ki, son zamanlar bu məsələ daha da aktuallaşıb. İstənilən bir yazını “Facebook”da paylaşarkən ona müsbət rəylər konkret adamlar tərəfindən gəlirsə, təhqir formasında olan rəylər qeyri-müəyyən adamlar-saxta adlar altında açılmış profillər tərəfindən gəlir. Bu da azmış kimi, hətta bu profillər yazıların antitəbliğatını da aparırlar, müəllifi təhqir edirlər və ya müsahibədə səsləndirilən fikirlərə qarşı hücuma keçirlər. Əslində, bu cür insanlara və fikirlərə qarşı dözümlü ola bilərdik. Amma, əgər fikir səsləndirirsənsə, bunu konkret şəkil və ad altında yaradılmış profillərlə etməlisən. Yox əgər belə olmursa, deməli, sən qərəzli şəkildə, bilərəkdən antitəbliğat aparırsan. Bu da təbii ki, sosial medianın inkişafına, onun təbliğinə, oxucu sayına təsir edir, insanların sosial şəbəkələrdəki xəbər reklamına inamını azaldır.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli də bu problemin ciddi olduğunu düşünür. O, əslində bu məsələnin bütün dünyada aktual olduğunu dedi: “Saxta profillər dünyada media sahəsində ciddi şəkildə müzakirə olunan məsələlərdən biridir. Sosial mediadan etik normalara uyğun istifadə etməklə bağlı hazırda bəzi problemlər yaşanır. Bu cür hallar yolverilməzdir və düşünürəm ki, nəinki qeyd edildiyi kimi, sosial medianın inkişafında mane olan amillərdən sayılır, həm də ümumilikdə, bu sosial şəbəkələrdən istifadə edənlər üçün də başağrısına çevrilib. Artıq belə hallar təkcə media nümayəndələri tərəfindən deyil bütövlükdə dünya ictimaiyyəti tərəfindən neqativ şəkildə qarşılanır”.
Müşfiq Ələsgərli deyir ki, bu məsələlər ətrafında geniş müzakirələr açmalı və saxta profillərin insanların normal məlumat mübadiləsi, informasiya yayması və qəbuluna təsirinin qarşısı alınmalıdır. Problemin tənzimləmək üçün yollar da var: “İndi problemi necə tənzimləmək olar? Doğrudan da çox vacib və hazırda aktual olan bir mövzuya toxunmusunuz və bu məsələ gündəmdə daim saxlanılmalıdır. Bu sahədə bəzi bilgilərimi və təkliflərimi açıqlayım. Məsələnin tənzimlənməsi üçün bir neçə variant mövcuddur. Cəmiyyətin özündə inkişaf səviyyəsi yüksəlir və sosial mediada da get-gedə bu məsələlər ətrafında geniş maarifləndirmə işləri aparılır. İnternetdə, ümumilikdə cəmiyyətin səviyyəsinin qaldırılması ilə qeyri-etik şərhlərin, mövzuların gündəmə gətirilməsinin qarşısı alınır. Bu məsələnin inzibati yolla tənzimləməsi tərəfi də var. Necə etmək olar ki, insanlar saxta profillərə meyillənməsinlər, bundan müəyyən məqsədlər üçün istifadə etməsinlər? Saxta profillər vasitəsilə insanları təhqir etmək, qanunsuz informasiyalar yaymaq, saytların paylaşdıqları xəbərlərin gözdən salınması üçün gözdənsalıcı şərhlər yazmağın özü bir cinayət sayılır. Məsələnin bu tərəfinin tənzimlənməsi üzərində get-gedə müzakirələr çoxalır və hələlik bütün dünya ölkələri tərəfindən qəbul olunacaq bir model yoxdur. Amma istənilən halda tədbirlər görülməlidir və bunun üçün bəzi modellər də mövcuddur. Hətta, ayrı-ayrı ölkələr öz inkişaflarına uyğun olaraq bu modelləri də tətbiq edirlər. Məsələn, bir məqamı qeyd edərdim. Artıq Avropanın bir sıra ölkələrində və dünyanın inkişaf etmiş bəzi dövlətlərində inzibati tənzimləmə ilə bağlı müxtəlif modellər tətbiq olunur.

“Saxta profillər vasitəsilə insanları təhqir etmək, qanunsuz informasiyalar yaymaq, saytların paylaşdıqları xəbərlərin gözdən salınması üçün gözdənsalıcı şərhlər yazmağın özü bir cinayət sayılır”.

Bu modellər nədən ibarətdir? Elə ölkələr var ki, orada sosial şəbəkələrdə-“Facebook”da , “Twitter”də və digər saytlarda insanların hesab açması üçün şəxsi məsələlərlə bağlı prosedur tələb olunur. Hətta elə ölkələr var ki, bu hesabları yaratmaq üçün insanlar simvolik bir rəqəm də-1 avro pul ödəməli olur. Burada şərt və məsələnin maraqlı tərəfi odur ki, həmin az miqdarda simvolik olan pulu ödəyən insan kredit kartından yararlanmalı olur. Beləcə, bu pulu ödəyib hesab açan adamın kredit kartı ilə bağlı məlumatları şəbəkənin əlinə keçir. Deməli, informasiyaların açıqlanmamasını istəyən adam qanundankənar yanlış addımlara yol verməz, kimisə təhqir etməz, və ən əsası saxta profil yaratmaq marağında olmaz. Fərqli adlarla xeyli hesabın açılması, sosial şəbəkələrdə bu profillərin çoxalması və dediyiniz kimi sosial mediaya da bu amillərin mənfi təsir etməsi də azalar. Hətta elə ölkələr var ki, burada xüsusi dövlət qurumları yaradılıb. Məsələn, Avropada rastlaşdığım modellərdən biri budur ki, şəxsi fikirlər, şəxsi informasiyaların yayılması və ya milli dəyərlərə qarşı yönəlmiş fikirlərin qarşısının alınması üçün agentliklər formalaşdırılır. Həmin agentliklərə səlahiyyət verilir ki, onlar bu cür neqativ əməllər yayılan vaxt həmin xəbərləri, yazıları bloklasınlar. Belə misallar bir neçədir, ayrı-ayrı ölkələrdə cəmiyyətlərin inkişaf səviyyəsinə uyğun olaraq müxtəlif modellərdən istifadə edirlər. Çox güman ki, sonda bu modellər müzakirə olunub ümumi vahid bir model yaradılacaq ki, onun da qəbul olunması vacib olacaq. İndi hesab edirəm ki, Azərbaycanda da bu sahədə ciddi müzakirələr getməlidir. Artıq müəyyən təşəbbüslər də ortalığa çıxıb. Bir müddət öncə deputat Siyavuş Novruzov da bir təkliflə çıxış etdi ki, şərh yazanlar öz pasport nömrəsini yazdıqdan sonra bunu edə bilsinlər. Düzdür bu praktiki baxımdan mümkün olmayan bir variantdır. Amma hər ehtimala qarşı belə təkliflər nəzərə alınmalıdır. Bu onu göstərir ki, bu sahədə bəzi boşluqlar var və onlar aradan qaldırılmalıdır. Təklif edirəm ki, media işçiləri, internet texnologiya biliciləri müəyyən bir açıq dialoq, müzakirələr keçirməlidirlər ki, bu sahədə Azərbaycana uyğun olan bir model tapıb, tətbiq edək. Çünki bu məsələ ilə bağlı problemlər olduqca qabarıqdır və hesab edirəm ki, məlum saxtakarlıqlara qarşı addımların atılması qaçılmazdır”.
Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info