Çoxlu şəkər piylənməyə səbəb olur
Tarix: 10.03.2015 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, çox miqdarda şəkər piylənmə, dişlərin çürüməsi və digər qeyri-yoluxucu xəstəliklərə səbəb ola bilər. BMT-nin Səhiyyə Agentliyi yeni açıqlamasında uşaqlar və böyüklərə səkərdən gündəlik istifadəni 10 faizdən aşağı salmağı məsləhət görür.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, açıqlamada gündəlik istifadə edilən qlükoza, friktoza və masada istifadə edilən şəkərlərdən istifadənin illərdir artdığı deyilir. Nəticələrin isə sağlamlığa mənfi təsir etdiyi bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı 1980-ci ildən bəri piylənmə hallarının iki dəfədən çox artdığını bildirir. Təşkilatın hesablamalarına görə, 2014-cü ildə yaşı 18-dın yuxarı olan 1.9 milyard insan artıq çəki problemi ilə qarşılaşıb və onlar arasında 600 milyon insan piylənmədən əziyyət çəkir. 2013-cü ildə isə 5 yaşında aşağı 42 milyon uşaqda artıq çəki və ya piylənmə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı Sağlam Qidalanma şöbəsinin direktoru Françesko Branka deyir ki, gündəlik istifadə edilən şəkər 10 faizdən aşağı salınsa piylənmə, artıq çəki və dişlərin çürüməsi riski azala bilər.
Təşkilat təzə meyvə və tərəvəz, eləcə də süd məmulatlarında şəkərin insan sağlamlığına mənfi təsirlərinin olmadığını bildirir.

Milli.Az




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycan tibb sahəsində yeni beynəlxalq sənədə qoşulur
25.06.2019
Sarımsağın gözlənilməz faydası aşkarlandı
24.06.2019
Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət
22.06.2019
Parkinson xəstəliyinin ilk əlaməti açıqlanıb
21.06.2019
Hansı uşaqlar qışda daha az xəstələnirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info