Üçüncü dünya müharibəsi - hepatitlər
Tarix: 11.03.2015 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Dünyada 500 milyon əhali təkcə «hepatit C» ilə yoluxub. Dünyada, o cümlədən Azərbaycanda «hepatit C» «B» təhlükəli şəkil alıb. Təkcə «hepatit C» dünyada 500 milyon adam yoluxub.
Qaraciyərin xroniki xəstəliklərinin 75-80 faizinin səbəbi «hepatit B» və «C» viruslardır. «Hepatit B» xronik formaya 15 faiz keçdiyi halda, «hepatit C» 80 faiz hallarda bu formaya keçir. «Hepatit»lərin inkişafı bununla məhdudlaşmır, virus öz öldürücü təsirini davam etdirir. Ən ağır ağırlaşmaları isə «hepatit C»-nin sirroz və xərçəng xəstəliyinə yol açmasıdır. ABŞ-da qaraciyər transplantasiyasının əsl səbəbi hazırda «hepatit-C»-dir. Qeyd edək ki, dünyada şəkərli diabet, vərəm, onkoloji xəstəliklərin birgə sayından indi «hepatit C» xəstələrinin sayı daha çoxdur. «Hepatit C» nədir» Bu, qaraciyər hüceyrələrinin iltihabi xəstəliyidir. Virus qaraciyər hüceyrələrində çoxalaraq, onu zədələyir və xronik hepatit prosesi yaradır. «Hepatit C»-nin xarakterik xüsusiyyəti ondadır ki, yoluxma və kəskin dövr gizlin gedir və özünü açıq büruzə vermir. Belə demək olar ki, bu sarılıq deyil, çox təhlükəli xəstəlikdir, o təkcə qaraciyəri zədələmir, həm də digər üzvləri zədələməklə çox qorxulu ağırlaşmalar yaradır. Ola bilər ki, insan bu xəstəliyə yoluxsun, ancaq onu bilməsin» Qeyd etmək lazımdır ki, əksər pasiyentlər «hHepatit C» üçün müayinəyə şübhələndikləri üçün gəlsələr də, «hepatit C» yavaş inkişaf edən xəstəlikdir və insanlar yalnız ciddi ağırlaşmalar olduqda onu hiss edirlər. «Hepatit C»-nin hələ ki, vaksinləri yoxdur. O, yüksək dərəcədə mutasiya qabiliyyətinə malikdir. «Hepatit C» yoluxma və yayılma yolları virus əsasən qan və onun elementləri ilə birbaşa təmasda olanda keçə bilir. Bu, donor qanının köçürülməsi, cərrahi əməliyyatlar, «qantəmizləmə» prosedurları - hemodializ, hemosorbsiya, stomatoloq və ginekoloqa müraciət, narkotiklərin damardaxilinə vurulması, tatuirovka, manikür, pedikür və şəxsi gigiyena zamanı infeksiyalaşmış vasitələrdən istifadə vaxtı baş verir. 1992-ci ildən bütün qan və onun preparatları bu virusla yoluxmaya görə mütləq yoxlanılması haqqında qərar qəbul edilib. Cinsi yolla yoluxma da mümkündür. Ancaq hələ ki, belə hallar «Hepatit C» də «Hepatit B»-yə nisbətən az təsadüf edir. Belə yoluxmaya əsasən partnyorunu tez-tez dəyişən adamlar yoluxur. Dünya tibbi statistikasına görə, 30 faiz hallarda virusun yoluxma mənbəyini aşkar etmək mümkün olmur. Əgər ana «Hepatit C» ilə yoluxmuşsa, körpəyə keçə bilərmi» Bu məsələ həmişə ailələri qorxudub. 2000-ci ildə ABŞ və İsveçin üç nüfuzlu klinikasında çox geniş tədqiqatlar aparıldı. Aydın oldu ki, əgər anada aktiv virus varsa, 5 faiz hallarda virus keçə bilər, digər hallarda isə yox. Eyni zamanda gələcək ata və ana bilməlidir ki, «hepatit C» xəstəliyilə müalicə zamanı hamiləliyi planlaşdırmaq olmaz.
Xəstəlik özünü hansı əlamətlərlə göstərir?
Xəstəliyin gizli dövrü 1 aydan 6 aya qədər uzana bilər. Xəstəliyin əsas əlaməti zəiflik, zəif yuxu, halsızlıq, ürəkbulanma, iştahanın zəifliyi, qarında köp və sümük-əzələ-oynaq sistemində olan ağrılardır.
Bəs bu virusu necə aşkar etmək olar?
Bunu immunoferment test üsulu ilə aşkar etmək olar. Bu üsuldan sonra PSR - test üsulu ilə təsdiq edilir. Sonra isə virusun miqdarı xüsusi müayinələr zamanı təyin edilir. Müalicəsində İsveçrə «Hofman» şirkətinin «İnterferon» və «Ribavirin» preparatlarından birgə istifadə edilir. Hepatit virusuna yoluxmamaq üçün nələri bilmək lazımdır» İlk növbədə qanla təmasda olmaqdan qaçmaq lazımdır. Çox zaman ailədə, iş yerində və digər hallarda «Hepatit C»-yə yoluxmuş insandan onlara da bu xəstəliyin keçəcəyi haqda qorxu yaranır. Ailədə normal təmaslarda, məsələn, paltardan, qab-qacaqdan, hətta öpüşmədən virusa yoluxma baş vermir. Eyni zamanda cinsi təmaslarda da yoluxma baş vermir. Ancaq üzqırxan alətlər, manikür ləvazimatlarından və diş fırçalarından birgə istifadə etmək olmaz. Virus açıq havada belə uzunmüddət aktiv şəkildə qalır, buna görə də zədələnmiş, qurumuş qanla örtülmüş yerlər belə təhlükəli sayılır. Bu yerləri sabunla yumaq heç bir fayda vermir, çünki «hepatit C» virusu yalnız 140 dərəcə S-də məhv olur. Bunun üçün də kimyəvi dezinfeksion məhlullardan-formaldehid, xlor məhlulundan istifadə olunmalıdır. Bütün yaralanmış yerlərə mütləq sarğı qoyulmalıdır. Qan dəymiş şpirslər, iynələr, kateterlər mütləq atılmalıdır. Tibbi proseduralarda işlədilən bütün alətlər xüsusi yolla sterlizasiya edilməlidir. Bu vaxt əvvəlki kimi yalnız qaynatmaq yetərli deyil. Xüsusi kimyəvi preparatlardan istifadə olunmalıdır. Çox təəssüf ki, əhali və hətta əksər tibb ocaqları hepatitlərdən qorunmaq haqqında elmi informasiyalara malik deyillər. Buna görə də televiziya, mətbuat bu sahədə çox iş görməlidir.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub
17.10.2019
Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub
17.10.2019
Ədviyyatların müalicəvi xüsusiyyətləri
16.10.2019
Çox və dayanmadan əsnəyirsiz?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info