“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir”
Tarix: 12.03.2015 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir” – bu sözləri Böyük Britaniyanın Baş naziri Devid Kameron deyib. Devid Kameron Mərkəzə ünvanlandığı məktubda təşkilatın fəaliyyəti və aprelin 27-39 Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumu ilə bağlı fikirlərini bildirib. Böyük Britaniyanın Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində mövcud əməkdaşlığın artırılmasına yönəlmiş fəaliyyətini təqdirəlayiq hesab edir. Baş nazir Devid Kameron III Qlobal Açıq Cəmiyyətlər Forumunun uğurlu keçməsi üçün ən xoş arzularını çatdırıb. Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunmasıdır. Bu istiqamətdə müxtəlif hökumətlər və ictimai təşkilatlarla sıx əməkdaşlıq edən Mərkəz bir sıra beynəlxalq tədbirlər təşkil edib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün layihələri, o cümlədən III Qlobal Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info