. “ABŞ-da insanların təkadamlıq kameralarda on illərlə saxlanması qəddarlıq və biabırçılıqdır”
Tarix: 14.03.2015 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


“ABŞ nəyi gizlədir” - Belə bir sual amerikan həbsxanalarına daxil olmaq onun üçün əlçatmaz olanda, BMT təhqiqatçısında tam məntiqi olaraq yaranıb. Belə ki, o, ABŞ dövlət və federal həbsxanalarına, həmçinin Quantanamodakı həbsxanalara buraxılmayıb. OON nümayəndəsini, hər şeydən öncə ABŞ tərəfindən təkadamlıq kameralarda saxlanılan 80 min insanın durumu maraqlandırıb.
Çərşənbə günü BMT-nin xüsusi məruzəçisi Xuan Mendes jurnalistlərə bildirib ki, iki il ərzində o, Kolorado, Nyu-York, Kaliforniya və Luizianada və digər yerlərdə olan federal həbsxanalara giriş icazəsi istəyib. İnsan haqları üzrə BMT ekspertləri analoji xahişlə, Quantanamodakı həbsxanalara baş çəkmək üçün ABŞ hökumətinə 2004-cü ildən müraciət edirlər. Mendesin bildirdiyi kimi, bütün bu xahiş və müraciətlər cavabsız qalıb. Bununla yanaşı, Mendes inkar etmir ki, Quantanamoya getmək üçün formal dəvət alıb, amma bu, yalnız həbsxana rəhbərliyinin şərtləri daxilində mümkündür: ona yalnız həbsxananın müəyyən bir qismini müşahidə etməyə icazə verə bilərlər. Həmçinin ona dustaqlarla nəzarətsiz davranış tam yasaqdır. Təbii ki, o, belə bir dəvəti rədd edib.
ABŞ-da dustaqların saxlanma yerinə giriş almağın çətinliyi barəsində Vətəndaş azadlıqları barəsində Amerika ittifaqında bölmə rəhbəri Cəmil Dakvey də bildirib. Ona görə də “ABŞ o həbsxanalarda nə gizlədir?” sualı aktual olaraq qalır. Amerikan hökumətini ən çox təlaşlandıran hüquq müdafiəçilərinin təkadamlıq kameralarda saxlanılan dustaqlara baş çəkmək istəyidir. Vətəndaş azadlıqları üzrə Amerika ittifaqının məlumatına görə, amerikan həbsxanalarındakı təkadamlıq kameralarda hazırda 80 min nəfərdən çox dustaq var. Ən pisi odur ki, onların çəkdikləri cəza 25, 30 il və daha çox ola bilər. Cəmil Dakvey deyib: “ABŞ-da insanların təkadamlıq kameralarda saxlanması qəddarlıq və biabırçılıqdır. Amma bunu gizlətmək və hakimiyyətin belə bir iş gördüyünü boynundan atması daha pisdir”.
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info