Saçlarınıza xüsusi diqqət edin!
Tarix: 16.03.2015 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Saç tökülməsi həm kişilərdə, həm də qadınlarda ciddi problemə çevrilib. “Yeni Şafak” saytı bildirir ki, Türkiyənin plastik və estetik cərrahı, həkim Ərdəm Güvən mövzu ilə əlaqədar açıqlama verib. Ərdəm Güvən açıqlamasında deyib: “Qadının ən vacib gözəllik simvollarından biri saçlardır. Saçların sıxlığının azalması, zəifləməsi və ən əsası itkisi qadının xarici görnüşündə qüsurlara səbəb olur. Saç qadının fiziki görünüşündə vacib xüsusiyyətlərdən birini təşkil edir. Saçların parlaq və canlı olması isə insanın xoş ünsiyyətinə böyük təsir göstərə bilir. Saçların canlılığı həm də sağlamlığın və xoş əhval-ruhiyyənin ifadəsidir. Onların tökülməsi isə qadında nəinki qüsur yaradır, həmçinin pisixoloji problemlərlə yanaşı, həyat tərzini də dəyişdirir”.
Həkim Ərdəm Güvən saçlara qulluq üçün xüsusi məsləhətlərini bildirib: “Saç itkisinin qarşısını almaq üçün protein, vitamin və minerallarla zəngin qidalanmaq lazımdır. Orqanizmdə dəmir çatışmazlığı ilə əlaqədar qan azlığı varsa, mütləq həkimə müraciət edib müalicə kursu almaq vacibdir. Saçların tökülməsinin əsas səbəblərindən biri də tez-tez onların rənglənməsidir. Təbii və bitki tərkibli rənglərdən istifadə, saçlara düzgün qulluq və təmiz saxlamaq vacib şərtlərdən biridir. Bununla yanaşı, yüksək təzyiqli fendən az istifadə, kimyəvi kosmetik vasitələrdən uzaq durmaq və saçların tarıma çəkilməsindən az istifadə olunması məsləhət görülür. Bunlara əməl edən qadınlar saçlarının tökülməsinin qarşısını ala biləcəklər”.
Xəyalə




 
Bölməyə aid digər xəbərlər
24.10.2019
İnsanı kökəldən xəstəliklər - Arıqlaya bilmirsizsə...
23.10.2019
Həkim arıqlamağa kömək edən sirri açdl
21.10.2019
Xəstəliklərin 25 faizinin səbəbi qeyri-sağlam ətraf mühitdir
20.10.2019
Qurdları tökən salat resept
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info