“Azərbaycana qarşı təxribat xarakterli əməllərin heç bir nəticəsi olmayacaq”
Tarix: 17.03.2015 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca ölkəmizə qarşı müəyyən xarici dairələr tərəfindən əsassız ittihamlar irəli sürülür, Azərbaycan qeyri-obyektiv olaraq nələrdəsə ittiham edilir. Təəssüf doğuran məqamlardan biri ondan ibarətdir ki, Azəbaycanın uğurunu istəməyən həmin xarici qüvvələrə daxildə fəaliyyət göstərən bəzi siyasi təşkilatlar da dəstək nümayiş etdirir.
Hər iki qüvvənin başlıca məqsədi isə I Avropa Oyunlarının Bakıda keçirilməsinə əngəl yaratmaqdır. "Azərişıq” ASC-nin YAP GB - nin sədri Nicat Müslümov da deyir ki, Birinci Avropa Oyunları yaxınlaşdıqca həm xarici, həm də daxili qüvvələrin Azərbaycana qarşı təxribat xarakterli əməllərinin baş verməsi özünü daha qabarıq şəkildə göstərir. Nicat Müslümovun sözlərinə görə, əslində bu kimi təxribat xarakterli hərəkətlərin baş verməsi gözlənilən idi: "Çünki Azərbaycan bundan əvvəl də bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib. Eləcə də, Azərbaycanda 2012-ci ildə “Evrovision” musiqi yarışması keçirildi. İstər bu və ya digər tədbirlər, istərsə də “Evrovision” musiqi yarışması ərəfəsində də Azərbaycana qarşı bu kimi təxribat xarakterli hərəkətlərə yol verildi. İndi də eyni proses təkrar olunur. Bütün bunlar onu deməyə əsas verir ki, hər zaman Azərbaycanı, onun uğurunu, inkişafını istəməyən qara qüvvələr mövcud olub və bu gün də həmin qüvvələr var. Bu istiqamətdə xüsusilə erməni lobbisinin fəaliyyətini qeyd etmək yerinə düşər. Erməni lobbisi hər zaman çalışıb ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirsin. Eyni zamanda erməni lobbisinə dəstək verən müəyyən xarici dairələr də bu prosesdə yaxından iştirak ediblər. Müəyyən beynəlxalq qeyri-hökumət təşkilatları da var ki, Azərbaycana qarşı hər zaman öz ədalətsiz, qərəzli mövqeləri ilə gündəmə gəliblər. Bu gün həmin qüvvələr ölkəmizə qarşı fəaliyyətdədirlər”. Nicat Müslümov bildirib ki, xarici dairələr öz məqsədlərinə nail ola bilməyəcəklər: I Avropa Oyunlarına hazırlıqla bağlı ölkədə bütün təşkilati proseslər yüksək səviyyədə həyata keçirilib. Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər, eləcə də Prezident İlham Əliyevin bir neçə gün əvvəl Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməyə hazır olduğu barədə verdiyi bəyanat onu deməyə əsas verir ki, bu yarışlar çox yüksək səviyyədə baş tutacaq. Hər hansı təxribat cəhdlərinin də heç bir səmərəsi olmayacaq. Çünki Azərbaycanın bununla bağlı artıq təcrübəsi var və Azərbaycan idmanın bütün kateqoriyaları üzrə dünyada tanınır. Eyni zamanda ölkəmizdə böyük idman kompleksləri mövcuddur. Bir müddət əvvəl Beynəlxalq Olimpiya Komitəsi, eləcə də digər beynəlxalq idman federasiyalarının rəhbərliyi Azərbaycana səfər edərək I Avropa Oyunlarına hazırlıq prosesini yüksək qiymətləndiriblər. Onlar birbaşa şahidi olublar ki, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi üçün heç bir problem yoxdur”. Nicat Müslümov hesab edir ki, guya Azərbaycanda sahibsiz heyvanlara işgəncə verilməsinə etiraz olaraq keçirilən aksiya da erməni diasporunun Azərbaycan qarşı təxribatının tərkib hissəsidir: "Heç şübhəsiz ki, Azərbaycanın düşmənləri belə bir addım atır. Onların təhriki ilə hansısa qara qüvvələr, erməni lobbisi ilə əməkdaşlıq edən insanlar belə tədbirlərin təşkilində iştirak edirlər. Ancaq tam əminliklə deyə bilərəm ki, Azərbaycana qarşı həyata keçirilən təxribat xarakterli əməllərin heç bir nəticəsi olmayacaq və I Avropa Oyunları yüksək səviyyədə keçiriləcək”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info