“Rusiya bazarı Azərbaycan turizmi üçün böyük əhəmiyyət kəsb edir”
Tarix: 17.03.2015 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


“Moskvada keçirilən beynəlxalq turizm sərgisi xüsusi bir seqmenti əhatə edir. Bu seqment Rusiya bazarında Azərbaycan turizmi üçün çox önəmli və həlledici rol oynamaqdadır”. Bunu Rusiya paytaxtında keçirilən “2nd Conde Nast Traveller Luxury Travel Fair” turizm sərgisində iştirak edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Azərbaycan ilk dəfə olaraq qonaq qismində bu sərgidə iştirak edir: “Azərbaycana zəngin və imkanlı turistlərin cəlb olunması bizim üçün böyük əhəmiyyət kəsb edir.
Bugünkü sərgidə lüks turizm xidmətləri nümayiş olunur. Bildiyiniz kimi, Azərbaycana gələn turist orta hesabla 700 dollar xərcləyir. Biz istəyərdik ki, bu rəqəmlər artsın. Ona görə də daha çox imkanlı və zəngin insanların turizm məqsədilə Azərbaycana gəlməsinin marağındayıq. Bizim üçün xüsusi olaraq salon ayrılıb. Azərbaycan Turizm Assosiasiyası ilə Mədəniyyət və Turizm Nazirliyinin birlikdə keçirdiyi bu layihədə Azərbaycanın 27 ən böyük hotel və şirkətlərin nümayəndələri iştirak edir”. Ə. Qarayev Rusiyadan Azərbaycana gələn turistlərin potensialının daha böyük olduğunu söyləyib: “Çünki viza tətbiq olunmur. Rahat nəqliyyat çalışmaqdadır. Rusiya bazarı Azərbaycan turizm üçün böyük əhəmiyyət kəsb edir. Biz nəinki bu sərgidə, bundan sonra keçiriləcək Moskva Beynəlxalq Turizm Sərgisində də iştirak edəcəyik. Lakin bu seqment xüsusi bir seqmentdir. Bildiyiniz kimi, “Conde Nast Traveller” dünyanın ən nüfuzlu turizm jurnallarından biridir. Dünən bu jurnalın təqdimatı keçirilərkən ən qonaqpərvər şəhərlər nominasiyasında Bakı şəhərinin də adı çəkildi. Bakı ilə yanaşı, həmin şəhərlərin sırasında Banqkok, Dubay, Roma və Paris vardı. Dünyanın ən qonaqpərvər beş şəhərinin sırasında Bakının adının olması Azərbaycan turizminin özünəməxsus yer tutmasından xəbər verir. Bu, çox böyük uğurdur. Çalışmaq lazımdır ki, Azərbaycan hotelleri öz xidmətləri ilə bu sərgidə çox ciddi təqdim olunsun. Nəzərə alaq ki, Azərbayacanda bu il Avropa Oyunları keçiriləcək. Bugünkü sərgidə Azərbaycan hotel və turizm şirkətlərinin bu səviyyədə təmsil olunması Avropa Oyunları zamanı hotellərimizə çoxlu sayda turistlərin cəlb olunmasına imkan verəcək”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info