Jurnalist bir cümləsinə görə “Azadlıq” radiosundan qovulub
Tarix: 18.03.2015 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Çexiyanın “Lidovky” qəzeti məşhur hərbi jurnalist Andrey Babitski ilə müsahibəsini dərc edib. Müsahibənin girişində Babitski haqqında bildirilir ki, o vaxtilə Rusiyanın Çeçenistanda apardığı hərbi əməliyyatlar zamanı hərbi müxbir kimi döyüşləri işıqlandırıb. O illərdə bu müharibənin və Putinin əleyhinə çoxsaylı tənqidi yazılar yazıb. Sonda ailəsi ilə birgə ölkəni tərk etmək məcburiyyətində qalaraq Çexiyaya gəlib. Babitski 25 il Amerika radiostansiyası olan “Azadlıq” radiosunda çalışıb. Onun Çexiya qəzetinə müsahibəsindən bəlli olur ki, uzun müddət bu radioda çalışmasına baxmayaraq, Krımın Rusiya tərəfindən ilhaq olunmasına dair şəxsi münasibətini bildirməsi ona baha başa gəlib. “Lidovky” qəzetinin müxbiri ona belə bir sualla müraciət edib: “Krımın Rusiya tərəfindən ilhaqı ilə bağlı sizin şəxsi münasibətiniz 25 il işlədiyiniz “Azadlıq” radiosundan işdən getməyinizlə nəticələndi”. Babitski bu suala belə cavab verir: “Mən öz bloqumda bircə cümlə yazmışdım ki, Krımın Rusiyaya birləşdirilməsi haqqında Putinin qərarını dəstəkləyirəm. Yazdıqlarımın qalan hamısı Putinin və Rusiyanın tənqidinə həsr olunmuşdu”.
Xatırladaq ki, Andrey Babitskinin bu müsahibəsi yeni olsa da, onun işdən qovulması 2014-cü ilin aprel ayında baş verib. Eyni zamanda Babitski həmin vaxtda “Exo Qafqaza” saytının şef-redaktoru vəzifəsindən də azad edilib. Qeyd edək ki, “Exo Qafqaza” saytı da “Radio Free Europe” korporasiyasına daxildir.
Babitskinin sonuncu müsahibəsindən də bəlli olur ki, Qərbdə, xüsusən də Amerikada azad söz, azad media dedikdə yalnız dövlətlərin müəyyən etdiyi çərçivələr daxilində bu anlayışları qəbul etmək lazım gəlir. Aydın görünür ki, tanınmış jurnalistin bir cümləsi Qərbin Ukrayna ilə bağlı yeritdiyi siyasətin istiqamətinə uyğun gəlməyib. Təkcə bircə cümləyə görə jurnalist 25 il çalışdığı “Azadlıq” radiosundan işdən qovulub. Bu bir daha onu göstərir ki, başqa ölkələrə azad söz, media azadlığından “dərs keçməyə” çalışan Qərbin özündə azad sözlə bağlı ciddi problemlər var. Belə bir qərarın verilməsi-25 il radioda işləyən bir tanınmış jurnalistin bloqunda sərbəst fikrini ifadə etməsindən hiddətlənib onu işdən məhrum etmənin özü nə dərəcədə haqlı addımdır? Bəs, görəsən dünyaya demokratiyanın beşiyi kimi təqdim olunan Amerika ona bağlı olan bir radionun işçisini azad sözdən məhrum etməsini necə izah edir? Jurnalistə belə formada təzyiq göstərən dövlət bundan sonra hansı üzlə digər ölkələrə bu kontekstdə tələblər irəli sürür? Qısası, sərbəst söz, azad jurnalistika “davasının”, əslində Qərbdə digər ölkələrə siyasi təzyiq aləti olduğu bir daha təsdiqini tapdı.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
4 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
5 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info