“Erməni mənbələr yanlış və dezinformasiya xarakterli məlumatlar verib”
Tarix: 30.03.2015 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


“Mən İrəvanda heç bir antiazərbaycan bəyanatı ilə çıxış etməmişəm, belə bir çıxış olmayıb. Ümid edirəm ki, heç nə Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmayacaq və salmamalıdır da”. APA-nın verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski Azərbaycan Xarici İşlər Nazirliyinin onunla bağlı yaydığı bəyanata münasibət bildirərkən deyib. Slutski erməni mənbələrinin yanlış və dezinformasiya xarakterli məlumatlar verdiyini qeyd edib. O, Bakıda çıxışı zamanı Azərbaycan ərazilərinin işğalına son qoyulmalı olduğunu vurğuladığını da xatırladıb: “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ATƏT-in Minsk qrupu formatında aparılır, həm Azərbaycan, həm də Ermənistanla tərəfdaşlıq münasibətləri olan Rusiya orada mühüm rola malikdir. Əgər mənim nitqimin orijinalına diqqət yetirilsə, orda Azərbaycanın əleyhinə heç bir ifadə yer almadığı görünər". Slutski Azərbaycanın dostu olduğunu və bundan sonra da olacağını bəyan edib: “Rusiya və onun nümayəndələri hər zaman sülhməramlı tərəf kimi çıxış edilər”. Qeyd edək ki, erməni mediası Leonid Slutskinin Yerevanda keçirdiyi mətbuat konfransında Azərbaycan əleyhinə fikirlər səsləndirdiyini qeyd edib, onun "sitatlarını" təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info