Dünya Bankı: “Ermənistan fərdi transfertlərdən ən çox asılı olan ilk 10 dövlətdən biridir”
Tarix: 01.04.2015 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


“Fərdi transfertlər Ermənistan ümumdaxili məhsulunun 21 faizini təşkil edir və Ermənistan bu göstəriciyə görə reytinq siyahısında Haiti ilə birlikdə 7-ci yeri bölüşür”

Dünya Bankının dərc etdiyi hesabatda Ermənistan fərdi transfertlərdən ən çox asılı olan ilk 10 dövlətdən biridir. Bu haqda Dünya Bankına istinadən “Tert.am” saytı məlumat yayıb.
Dünya Bankının hesablamasına əsasən, fərdi transfertlər Ermənistan ümumdaxili məhsulunun 21 faizini təşkil edir. Ermənistan bu göstəriciyə görə reytinq siyahısında Haiti ilə birlikdə 7-ci yeri bölüşür. Xaricdən göndərilən fərdi transfertlərdən asılı olan dövlətlər arasında yer alan Tacikistanda transfertlər ÜDM-in 47,5 faizini təşkil edir. Qırğızıstanda bu göstərici 31,5, Nepalda 28,8, Moldovada 24,9, Toqoda 23,8 faizdir. Gürcüstanda bu göstərici 12 faiz təşkil edir. “Tert.am” yazır ki, transfertlərin belə böyük miqyasda olması onu göstərir ki, işçi qüvvəsi ölkədə özünü təmin edə bilmədiyindən çıxış yolu kimi xaricə gedir. Belə ki, işçi qüvvəsinin əməyinə ölkədə yox, ondan kənarda qiymət verilir.

Lora Beyli: “Dünya Bankı cari ildə Ermənistan üçün ÜDM artımını cəmi 0,8 faiz proqnozlaşdırıb. Ermənistan milli valyutasında, Avropa və Rusiya iqtisadiyyatında baş verə biləcək neqativ dəyişikliklər Ermənistan iqtisadiyyatına çox pis təsir edərək vəziyyəti daha da pisləşdirə bilər”

Dünya Bankının hesabatını dəyərləndirən “Nyus.am” saytı başqa məqamlara da diqqət çəkib. Sayt yazır ki, Dünya Bankı Ermənistanda ÜDM artımı və iqtisadi inkişafla bağlı sevindirici olmayan proqnozlar açıqlayıb. Belə ki, Dünya Bankının hesablamalarına əsasən, cari ildə Ermənistan ÜDM artımı cəmi 0,8 faiz olacaq. Dünya Bankının Ermənistan ofisinin rəhbəri Lora Beyli bildirib ki, regionda və əsasən də Rusiyada qeydə alınan iqtisadi tənəzzül və çətin iqtisadi şərtlər çərçivəsində proqnoz səsləndirmək çox çətindir: “Ona görə də iqtisadi artımla bağlı proqnoz səsləndirərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Amma Ermənistan üçün proqnozlaşdırılan cüzi artım belə, daha da neqativə doğru dəyişə bilər. Ermənistan milli valyutasında, Avropa və Rusiya iqtisadiyyatında baş verə biləcək neqativ dəyişikliklər Ermənistan iqtisadiyyatına çox pis təsir edərək vəziyyəti daha da pisləşdirə bilər”. Sayt xatırladır ki, Ermənistan Mərkəzi Bankı cari ilin əvvəlində ölkə üçün ÜDM artımı 0,4-2 faiz arasında proqnozlaşdırıb. Ermənistanda vəziyyəti ağırlaşdıran əsas amil Rusiya ilə bağlıdır. İqtisadi sanksiyalardan sonra çətin vəziyyətə düşün Rusiyanın başı özünə qarşıdığından həmişə “əl-ayağa dolaşan” Ermənistan bu dəfə “ayaq altında” qalıb. Ermənistan Statistika Xidmətinin yaydığı son məlumata görə, cari ilin yanvar-fevral aylarında Rusiya ilə xarici ticarət dövriyyəsi 138,7 milyon dollar təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 faiz azdır.

Ermənistan Statistika Xidməti: “Cari ilin yanvar-fevral aylarında Rusiya ilə ticarət dövriyyəsində 35,4 faiz, MDB ölkələri ilə ticarət dövriyyəsində 33,9 faiz azalma qeydə alınıb”/b>

Qeyd edilir ki, yanvar-fevral aylarında Ermənistandan Rusiyaya ixrac cəmi 533,2 min dolar təşkil edib. Ötən ilin eyni dövründə isə bu rəqəm 40,1 milyon dollar olub. Bu dövrdə Rusiyadan idxal 20,9 faiz azalaraq 138,2 milyon dollar olub. MDB ölkələri ilə ticarət dövriyyəsi 33,9 faiz azalma qeydə alınıb. Ümumilikdə, Ermənistanın cari ilin ilk iki ayı ərzində xarici ticarət dövriyyəsi 592,4 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,7 faiz azdır. Yanvar-fevral aylarında ixrac 25,1 faiz azalma ilə 163,1 milyon dollar, idxal isə 28,6 faiz azalma ilə 429 milyon dollar olub. Nəticədə xarici ticarət dövriyyəsində mənfi saldo 266,3 milyon dollar təşkil edib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info