Binəqədidə I Avropa Oyunları ilə bağlı Qərargah yaradılıb
Tarix: 06.04.2015 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


I Avropa Oyunlarına hazırlıqla əlaqədar Binəqədi rayonunda iclas keçirilib. İclasda rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavin Aygün Əliyeva, Aparatın şöbə müdirləri, idarə, müəssisə, hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri və bələdiyyə sədrləri iştirak etdilər.
İclasa sədrlik edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov bu yarışlarda 49 ölkədən 6 min idmançının, 10 mindən çox qonağın ölkəmizə gəlməsinin gözlənildiyini bildirərək yerli hakimiyyət orqanlarının qarşısında oyunların iştirakçılarına və turistlərə ölkəmizdə gedən dinamik inkişafı, Bakı şəhərinin günü-gündən abadlaşdırılması prosesini və aparılan islahatları layiqli şəkildə təqdim etmək kimi mühüm vəzifənin durduğunu qeyd etdi və sadalanan bütün bu işlərin hamısının şəhərimizin təmizliyindən başladığı vurğuladı.
2014-cü ilin iyul ayının 1-dən etibarən “Təmiz Binəqədi” sosial layihəsinə start verilib. Həmin layihə başladığı gündən etibarən bir çox sosial tədbirlər həyata keçirilib, maarifləndirici işlər aparılıb, treninqlər təşkil edilib, vətəndaşlar arasında təbliğat işləri görülüb, təmizliyin qorunması, saxlanması ilə bağlı vətəndaşlara bukletlər paylanılıb və bir çox məsələlər operativ həll olunub.
Avropa Oyunlarının başlanmasına qısa müddət qaldığı üçün hazırlığın son mərhələsində fəaliyyətin intensivləşdirilməsinə ehtiyac yaranıb. Buna görə də I Avropa Oyunlarına hazırlıqla əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının 89 nömrəli, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 244 və 263 nömrəli sərəncamları ilə hazırlanan və həyata keçirilən Tədbirlər Planının icrası ilə əlaqədar rayonda qərargah yaradılıb.
YAP Binəqədi rayon təşkilatının inzibati binasında fəaliyyət göstərəcək qərargahda qaynar telefon xətti fəaliyyət göstərəcək, məsul şəxslər müəyyənləşdiriləcək, işlərin koordinasiyası təmin ediləcək.
I Avropa Oyunlarının təbliğ olunması ilə əlaqədar yerlərdə sakinlərlə səyyar görüşlərin keçirilməsi, rayon ərazisində fləşmobların təşkili, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə ictimai tədbirlərin təşkili də nəzərdə tutulub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info