İqdır Universitetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində
Tarix: 08.04.2015 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Türkiyə Respublikasının İğdır Universitetinin rektoru, professor-doktor İbrahim Hakkı Yılmaz və onun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub. Rəsmi görüş zamanı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq elm, təhsil sahəsində universitetlərarası əməkdaşlığın rolundan danışıb, ali təhsil ocağı haqqında ətraflı məlumat verib. Rektor qeyd edib ki, dünyanın 80-dən çox tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali məktəbin beynəlxalq əlaqələrində tarixinə, coğrafi sferasına, dinamikliyinə və əhəmiyyətinə görə Türkiyə universitetləri birincı sırada dayanır. Qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə, o cümlədən Ankara, Ərdahan, Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan, Ərzurum Atatürk universitetləri ilə uğurlu əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Məsafəcə daha yaxın olan, Türkiyənin ən gənc ali təhsil müəssisələrindən olan İqdır Universiteti ilə 2011-ci ildə əməkdaşlığa dair protokol imzalanıb. İğdır Universitetinin rektoru, professor-doktor İbrahim Hakkı Yılmaz qeyd edib ki, 2008-2009-cu tədris ilindən fəaliyyətə başlayan bu ali məktəbdə hazırda 6 fakültə, 2 yüksək məslək məktəbi, 3 institut və 4 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir, 375 professor-müəllim heyəti çalışır, 3126 tələbə təhsil alır. Görüşdə türizm, incəsənət, təbiətşünaslıq və kənd təsərrüfatı, iqtisadiyyat, ilahiyyat, filologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, müştərək videkonfrans və bağlantıların təşkili ilə bağlı təkliflər dəyərləndirilib. Sonra iki universitet arasında Mövlana Mübadilə Protokolu imzalanmıb. Türk ali təhsil müəssisələri ilə digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirmək məqsədi daşıyan Mövlana Mübadilə Proqramının Protokoluna əsasən Naxçıvan Dövlət Universiteti Türkiyənin digər 40 ali məktəbi ilə yanaşı İqdır Universiteti ilə də tələbə mobilliyi həyata keçirəcək. Türkiyəli qonaqlar universitetin İnformasiya-Kommunikasiya texnologiyaları Mərkəzinin, rəqəmsal formatda yayımlanan universitet televiziyasının və “Nuhçıxan” radiosunun, mətbuat şöbəsinin fəaliyyəti ilə tanış olublar. Sonra İqdır Universitetinin Texniki Elmlər Yüksək Məslək Məktəbinin ənənəvi el sənətləri sərgisinin açılışı olub. Açılış mərasimində çıxış edən hər iki universitetin rektoru Azərbaycan və Türkiyə arasında dostluq və birliyin möhkəmlənməsində elm və incəsənətin müstəsna rolundan, mədəni əlaqələrin gələcək inkişafı istiqamətində görüləcək işlərdən danışıb. Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulu Nihat Erşen iki xalqın tarixi bağlılığını, eyni söy-kökə malik olduğunu isbat edən ortaq mədəniyyətlərin təbliği, təsviri sənətin inkişafı baxımından belə sərgilərin təşkilini yüksək qiymətləndirib. Konsul bildirib ki, Türkiyə Cümhuriyyətinin Naxçıvandakı baş konsulluğu birgə elmi, mədəni tədbirlərin təşkilində bundan sonra da öz köməkliyini əsirgəməyəcək. Sərginin açılışında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, universitetin Təsviri incəsənət və rəsmxətt kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun rektorları, sərgi müəllifləri Rabia Karta və Pelin Güleda Karadeniz çıxış ediblər. Sərgi ilə tanışlıq zamanı məlumat verilib ki, 41 rəsm əsəri ebru, minüatür, xəttatlıq, xalçaçılıq üslubunda çəkilməklə qədim və müasir türk təsviri sənətini özündə əks etdirir. Rəsm əsərləri mövzu və kolorit baxımından orijinallığı ilə sərgi iştirakçılarında böyük maraq doğurub.

Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info