İnsan haqlarını gözdən salan ikili standartlar
Tarix: 09.04.2015 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


İdman və İnsan Haqları Alyansı gücünü itirmiş kiçik partiyaların birləşdiyi seçki bloklarını xatırladır
Avropa Oyunları yaxınlaşdıqca, beynəlxalq ictimai rəydə Azərbaycan barədə mənfi imic formalaşdırmaq cəhdləri də artmaqdadır. Bu kampaniyanın başında yenə də beynəlxalq insan haqlarının müdafiəsi təşkilatları durur. Bu təşkilatların yürütdüyü siyasətin insan haqlarına heç bir aidiyyəti olmadığı gün kimi aydındır.
Çünki insan haqlarının müdafiəsi bu təşkilatların əlində yalnız siyasi təzyiq vasitəsidir, məqsəd isə insan haqlarının müdafiəsi deyil, dövlətləri hər vasitə ilə təzyiq altında saxlamaqdır. Lakin dəyənəyin iki başı var - insan haqlarının müdafiəsi hansısa dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə edilirsə, bu ali prinsiplər dəyərsizləşməyə başlayır. Çünki ikili standartlar prinsipi daha qabarıq görünür və məsələn, on illərdir hüquqlarının bərpasını gözləyən qaçqın və məcburi köçkünlər beynəlxalq təşkilatların yanaşmasını anlamaqda çətinlik çəkirlər. Məntiqlə beynəlxalq hüquq müdafiə təşkilatları doğrudan da Azərbaycanda insan haqlarının pozulmasını problem kimi görürsə və məqsədləri bu problemin həll etməkdirsə, o zaman ilk növbədə qaçqın və məcburi köçkünlərin problemlərinə diqqət çəkməlidir. Çünki bu icma həm cəmiyyətin önəmli bir hissəsini təşkil edir, həm də üzləşdikləri problemlərin əsas həlli məhz beynəlxalq təşkilatlardan asılıdır.
Lakin indiyədək İdman və İnsan Haqları Alyansı adlanan qurumda təmsil olunan “Amnesty İnterntional”, “Transparency İnternational”, “Human Rights Watch” təşkilatları bir dəfə olsun belə Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistan dövlətinə bir dəfə formal olsa belə çağırış edilməyib. Ən nəhayət beynəlxalq insan haqları təşkilatları nə parlament gülləbaran edildikdə, nə kütləvi aksiyalar vəhşiliklə dağıdıldıqda, nə də mitinqə çıxan insanlara atəş açıldıqda, nümayişçilər həbs edildikdə Ermənistanı insan haqlarını pozmaqda tənqid etməyiblər. Səbəb - ikili standart siyasəti və insan haqlarının müdafiəsi kimi ali dəyərin siyasi təzyiq aləti kimi istifadə olunmasıdır.

“Freedom House”, “Amnesty İnterntional”, “Transparency İnternational”, “Human Rights Watch” kimi təşkilatlar artıq dünyada əvvəlki ciddiliklə qəbul olunmur, bu səbəbdən nüfuzlarını bərpa etmək üçün alyans kimi fəaliyyət göstərməyə başlayırlar. Hansısa beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi belə alyansların meydana çıxması üçün bir bəhanədir

Beynəlxalq hüquq müdafiə təşkilatlarının dünyada nüfuzunu getdikcə itirməsi də bununla əlaqədardır. “Freedom House”, “Amnesty İnterntional”, “Transparency İnternational”, “Human Rights Watch” kimi təşkilatlar artıq dünyada əvvəlki ciddiliklə qəbul olunmur, bu səbəbdən nüfuzlarını bərpa etmək üçün alyans kimi fəaliyyət göstərməyə başlayırlar. Hansısa beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi belə alyansların meydana çıxması üçün bir bəhanədir. Bu, bir növ güclərini itirmiş siyasi partiyaların birləşdiyi kiçik seçki bloklarını xatırladır. Nüfuz problemini həll etmək üçün formalaşan belə seçki bloklarının ictimai rəyə təsir imkanları çox aşağı olduğundan hadisələrə at baxışı prizmasından baxırlar və marginal qruplara xitab edirlər. İnsan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən beynəlxalq təşkilatlar da belədir, onların hansısa ölkədə proseslərə yanaşması maliyyə dəstəyi aldıqları dövlətin siyasəti ilə eynilik təşkil edir.
Məsələn, Fransada qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutan qanunun qəbulu insanın ən ali hüququnun - söz azadlığı hüququnun kobud şəkildə pozulması deməkdir. Lakin nə “Freedom House”, nə “Human Rights Watch” buna görə Fransa hökumətini insan haqlarını pozmaqda ittiham etməyiblər. Halbuki tarixə dair hansısa hadisəni öz prizmasından şərh etmək insanın ən təbii hüququdur. İsveçrədə analoji qanunun qəbulu zamanı da beynəlxalq hüquq müdafiə təşkilatlarının reaksiyası sıfır olub. Azərbaycanda hansısa problemi şişirdərək dünya səviyyəli problemə çevirməyə çalışan bu təşkilatlar hələ indiyədək bir dəfə olsun Yaxın Şərqdə Qərbin yüz milyonlarla insanın haqlarını pozduğuna diqqət çəkməyiblər.
Yaxud “Charlie Hebdo” hadisələrini xatırlayaq. Məhəmməd peyğəmbərin karikaturasının dərc olunması 1 milyarda yaxın insanın inanc hüququnun tapdanması idi. Bu hüququ göz ardı edən beynəlxalq təşkilatlar məsələyə səbəb deyil, nəticə prizmasından baxdılar, islam və terror anlayışlarını eyniləşdirməyə çalışdılar. İnsan haqları təşkilatları “Charlie Hebdo”nun buraxdığı səhvi təkrarladılar, “dünyada heç bir din və toplum terrora haqq qazandıra bilməz” anlayışını rədd edərək üç terrorçunun əməlinə görə bir milyarda yaxın insanın inanc hüquqlarını tapdadılar. Lakin bir fransız pilot terror aktı törədərək sərnişin təyyarəsini qəsdən qəzaya uğratdıqda “Freedom House”, “Human Rights Watch” və digər təşkilatlar susdular, hadisəni terror aktı kimi dəyərləndirmədilər və 150 nəfərin timsalında milyonlarla sərnişinin sərbəst hərəkət hüququnun pozulduğu dilə gətirilmədi. Çünki pilot müsəlman deyildi...
Azərbaycana qarşı münasibət də eynidir, hər şey ikili standart prizmasından dəyərləndirilir. Ölkə yerləşdiyi coğrafi məkanın verdiyi üstünlüklərdən uğurla istifadə edir və faktiki olaraq təhlükəsiz enerji təminatı məsələsində Avropanın yeganə ümid yerinə çevrilib. Azərbaycanın Avropa ilə bərabər statusda masa arxasına əyləşməsini və balanslaşdırılmış siyasət yürütməsini həzm edə bilməyən qüvvələr ölkəni daim təzyiq altında saxlamaq istəyir və bunu həm də insan haqları təşkilatlarının əli ilə etməyə çalışırlar. Bu siyasət isə bumeranq effekti verir, ikili standartlar səbəbilə beynəlxalq təşkilatlar cəmiyyətin gözündə dəyərlərini günbəgün itirirlər. Bu isə artıq Azərbaycanın deyil, indi İdman və İnsan Haqları Alyansı altında birləşən, gücünü itirən beynəlxalq təşkilatların öz problemidir.
“APA”




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
17.09.2019
PA rəsmisi: Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər
17.09.2019
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur
17.09.2019
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
16.09.2019
Türkiyənin Vitse-prezidenti Fuat Oktay “ASAN xidmət“ mərkəzi ilə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info