Avropa İttifaqı ilk Azərbaycan qazını 2020-ci ildə almağa ümid edir
Tarix: 09.04.2015 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı (Aİ) “Cənub qaz dəhlizi” çərçivəsində ilk Azərbaycan qazını 2020-ci ildə almağa ümid edir. Bu açıqlamanı Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard 8-ci Beynəlxalq Xəzər Neft-Qaz, Ticarət-Nəqliyyat Konfransında bildirib. Səfir qeyd edib ki, Azərbaycan Aİ-nin mühüm tərəfdaşıdır: "Biz Azərbaycanla ticarət əlaqələrini davamlı inkişaf etdirmək niyyətindəyik. Enerji sahəsində uzunmüddətli əməkdaşlığın əsasları “Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılmasına başlamaqla qoyulub. Aİ öz tərəfindən işlərin vaxtında başa çatması üçün bütün lazımi addımları atacaq. Biz layihənin reallaşdırılmasının vaxtında baş tutacağına şübhə etmirik və ilk Azərbaycan qazını 2020-ci ildə almağa ümid edirik”.
Qeyd edək ki, 8-ci Beynəlxalq Xəzər Neft-Qaz, Ticarət-Nəqliyyat Konfransı Confidence Capital şirkəti və SOCAR-ın rəsmi dəstəyi ilə keçirilir.
Konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli, satışın mövcud vəziyyəti yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçiləri və mütəxəssisləri iştirak edir. Tədbir 2 gün (aprelin 9-10-da) davam edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Bəşər Əsəd Suriyanı birləşdirə bilməyəcək
14.12.2019
Vergi Məcəlləsinə edilən dəyişikliklərdən kim qazanacaq?
14.12.2019
ABŞ senatorları biəməlidirlər ki, ermənilər Xocalıda bəşəri cinayət törədiblər
14.12.2019
ABŞ-ın Kosmik Qüvvələri hücum xarakteri daşıyacaq
13.12.2019
“Biz onlara muxtar kürd dövləti qurmaları üçün yardım sözü vermədik“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info