M.Mard: “Cənub Qaz Dəhlizinin bizim üçün faydalarını müəyyənləşdiririk”
Tarix: 09.04.2015 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


“Avropa İttifaqı üçün hal-hazırda ən vacib məsələ Cənub Qaz Dəhlizi layihəsinin nəzərdə tutulan qrafikə uyğun həyata keçirilməsidir”. Bunu jurnalistlərə Avropa İttifaqınının Bakı ofisinin rəhbəri Malena Mard deyib. M. Mardın sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı ilə birlikdə əməkdaşlıq etmək üçün kifayət qədər imkanlara sahib ölkələrdir: “Hazırda Azərbaycan, Türkmənistan və Avropa Komissiyası arasında üçtərəfli danışıqlar gedir. Bununla da biz Cənub Qaz Dəhlizi və Transxəzər Boru Kəmərinin bizim üçün faydalarını müəyyənləşdiririk. Bu, nəinki Azərbaycan, həm də Türkmənistan da daxil olmaqla region üçün vacibdir”.
Diplomat Azərbaycan və Avropa İttifaqı arasında turizm, orta və kiçik sahibkarlığın inkişafı üçün imkanların olduğunu qeyd edib: “Biz enerji effektivliyindən faydalanacağımıza əmin olmaq üçün Azərbaycan kimi tərəfdaşlarla yaxından əməkdaşlıq edəcəyimizə ümid edirik. Bu, həm iqtisadi, həm də ətraf mühit baxımından çox faydalıdır. Bundan başqa, biz Azərbaycanla enerji effektivliyi sahəsində konkret layihələrin müzakirəsini aparırıq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub
14.07.2019
Azərbaycanda əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyev zəkasının təcəssümüdür

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info