Akademik Fəraməz Maqsudovun 85 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans
Tarix: 09.04.2015 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində Əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun 85 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Fakültənin akademik Fərəməz Maqsudov adına auditoriyasında öz işinə başlayan konfransı giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, adı Azərbaycanın elmi və ictimai fikir tarixinə əbədi həkk olunmuş akademik Fəraməz Maqsudovun elmi-təşkilati, pedaqoji, ictimai və mədəni istiqamətləri özündə birləşdirən geniş fəaliyyəti bütövlükdə XX əsrin sonunda - müstəqillik uğrunda xalqımızın mübarizə meydanlarına atıldığı mürəkkəb bir tarixi şəraitdə Azərbaycan elmi və ictimai düşüncəsinin inkişafında müstəsna rol oynayıb. Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Nəcəfov “Azərbaycan riyaziyyat elminin inkişafında akademik Fərəməz Maqsudovun rolu”, Miryasin Eminov “Akademik Fərəməz Maqsudovun elmi-fəaliyyəti haqqında” məruzələr ediblər. Vurğulanıb ki, riyaziyyat elmi sahəsində əvəzolunmaz nailiyyətlər qazanmış görkəmli alim Fərəməz Maqsudov doğma vətənimizə çox sayda tarixi şəxsiyyətlər bəxş etmiş Naxçıvan şəhərində anadan olub. Alimin uşaqlıq və gənclik illərində riyaziyyat, fizika kimi dəqiq elmlərlə yanaşı, tarixə, ədəbiyyata, poeziyaya olan dərin marağı onun gələcəkdə Azərbaycan elminin görkəmli nümayəndəsi kimi dünyagörüşünün formalaşmasında xüsusi rolu olduğu nəzərə çatdırılıb. Əmək fəaliyyətinə başladığı dövrdən AMEA-nın prezidenti vəzifəsinə seçilənə qədər Riyaziyyat və Mexanika İnstitutunda işləmişdir. 1981-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə, 1997-ci ildən isə Azərbaycan Elmlər Akademiyasına rəhbərlik edən akademik Fəraməz Maqsudov özünü bacarıqlı elm təşkilatçısı kimi göstərmiş və akademiyanın institutları ilə ölkənin və dünyanın bir çox elm mərkəzləri arasında çoxşaxəli elmi əlaqələrin yaranmasında, elmi-tədqiqat institutlarının strukturunun təkmilləşməsində və müasirləşməsində, onların fundamental tədqiqatlarla yanaşı, tətbiqi əhəmiyyətli problemlərin həllində fəal iştirakının təşkilində böyük rol oynamışdır. Akademik Fəraməz Maqsudov ömrü boyu gənclərə böyük qayğı göstərmiş, elmə gənc, istedadlı tədqiqatçıların gəlməsini daim diqqətdə saxlamışdır. Vurğulanıb ki, akademikin elmi rəhbərliyi altında 100-dən artıq namizədlik və doktorluq dissertasiyası müdafiə olunub. O, 300-dən çox elmi əsərin, 11 monoqrafiya və dərsliyin müəllifidir. Konfransı yekunlaşdıran rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov belə elmi konfransların keçirilməsini dəqiq elmlər üzrə gələcək tədqiqatların aparılmasında, universitetdə bu sahə üzrə gənc kadrların yetişməsində, mübahisəli elmi məsələlərin həllində əhəmiyyətli olduğunu vurğulayıb.
Mina Qasımova
NDU-nun Mətbuat
şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info