Gəncədə beynəlxalq forum işə başlayıb
Tarix: 10.04.2015 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Gəncədə “Gəncə-2016: Gələcəyə baxış” mövzusunda beynəlxalq forum işə başlayıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən forumda 150-dən artıq nümayəndə, o cümlədən Avropa Gənclər Forumunun üzvləri, “Gəncə 2016-Avropa Gənclər Paytaxtı” Təşkilat Komitəsinin, Belçika, İtaliya, Hollandiya, Portuqaliya, Sloveniya, Yunanıstan və Rumıniya Gənclər Təşkilatları Milli şuralarının rəhbərləri, eləcə də ARGTMŞ-in əməkdaşları iştirak edirlər.
Forumu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev açaraq, Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsini Azərbaycan gənclərinin həyatında əlamətdar hadisə adlandırıb və bu uğuru dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib. Bildirib ki, ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər bu gün də uğurla davam etdirilir.
Sonra ARGTMŞ-in sədri Şahin Seyidzadə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov çıxış edərək diqqətə çatdırıblar ki, beynəlxalq forumun keçirilməsinin əsas məqsədi Avropa Gənclər Paytaxtı sahəsində xarici təcrübənin öyrənilməsi, Gəncə şəhərində Avropa Gənclər Paytaxtı ilə bağlı görülən və görülməsi planlaşdırılan işlərin təqdimatı, yerli gənclər təşkilatlarının xarici və beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının qurulması və inkişaf etdirilməsinə dəstək verilməsidir.
“Gəncə: Avropa Gənclər Paytaxtı - 2016” layihəsinin təqdimatından sonra forum işini bölmələrdə davam etdirib.
Forumda iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb, müxtəlif mövzularda sessiyalar keçirilib, görülmüş və görüləcək işlər müzakirə edilib. Həmçinin Avropa Gənclər paytaxtları olmuş ölkələrin nümayəndələrinin tövsiyə və təklifləri dinlənilib.
Aprelin 11-dək davam edəcək forum çərçivəsində iştirakçılar Gəncə şəhərinin görməli yerlərinə ekskursiyalar edəcək, tarixi abidələrlə tanış olacaqlar.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Azərbaycanda 103 nəfər koronavirusa yoluxdu, 221 nəfər sağaldı
14.08.2020
Azəriqaz: İstixana sahiblərinə güzəştlər təklif oluna bilər
14.08.2020
Neftçalada 300 ailəyə ərzaq yardımı paylanıb
13.08.2020
Azərbaycanda 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı
13.08.2020
Baş Nazir 48 dövlət orqanında işçilərin işə cəlb edilməsi qaydasına dair tapşırıq verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info