Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şirvan şəhərində təlim keçirib
Tarix: 11.04.2015 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Şirvan şəhərində “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) haqqında ictimai məlumatlılığın artırılmasına” həsr olunmuş tədbir keçirib. Vətəndaş cəmiyyəti təşkilatları, dövlət qurumları, KİV, bələdiyyə, yerli icmalar və hasilat sənayesi şirkətlərinin 80-dən artıq təmsilçisinin iştirak etdiyi tədbirin məqsədi MHŞT və bu təşəbbüsün Azərbaycanda tətbiqi haqqında məlumatlılığı artırmaq olub. Qeyd etmək lazımdır ki, Şirvan rayonu ərazisində “Şirvan Oyl” və “Qarasu Oyl” şirkətləri neft hasil edir. “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü” hesabatlılığın və yaxşı idarəetmənin artırılması naminə çalışan hökümətlər, şirkətlər və vətəndaş cəmiyyətinin koalisiyasıdır. Neft, qaz və mədən sənayesindən şirkətlərin ödənişi və dövlətin gəlirlərinin tam nəşr olunması və dəyərləndirilməsi ilə MHŞT resurslarla zəngin ölkələrdə yaxşı idarəetməyə töhfə verir. Azərbaycan MHŞT-yə 2003-cü ildə qoşulub və 18 fevral 2009-cu ildə ilk tamhüquqlu üzv elan edilib. Azərbaycanın MHŞT üzrə vətəndaş cəmiyyəti koalisiyası - Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞA) 2014-cu ilin may ayında 10 illik ildönümünü qeyd edib. Hazırda koalisiyanın 110-dan çox QHT üzvü vardır. Koalisiya ictimai məlumatlandırma sahəsində əsas tərəflərdən biridir. Tədbir MHŞT üzrə Katiblik və Dünya Bankının dəstəyi ilə MSŞA Koalisiyası tərəfindən təşkil edilib. Tədbirin təşkili MHŞT üzrə çox tərəfli qrupun fəaliyyət planında nəzərdə tutulub. MSŞA Koalisiyasının əlaqələndiricisi Əliməmməd Nuriyev tədbirdə açılış sözü deyərkən iştirakçılara çağırış edib: “Biz bütün yerli QHT-ləri və təşkilatları MHŞT və onun yaratdığı imkanlarda istifadə etməyə çağırırıq. Hər bir vətəndaşın haqqıdır ki, təbii sərvətlərin satışından əldə olunan gəlirlərin necə xərcləndiyini və onların həyatına necə təsir edəcəyini bilsin.” Koalisiyanın MHŞT üzrə eksperti Sabit Bağırov “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü: Nəyi bilməliyik. Nəyə diqqətli olmalıyıq” mövzusunda təqdimatla çıxış edərkən vurğulayıb: “Nefti hasil etmək işin yarısıdır - əldə olunan gəlirlərin effektiv istifadəsi isə işin digər yarısıdır. Buna nail olmaq üçün yaxşı idarəetmənin prinsipləri və ilk növbədə şəffaflıq vacibdir”. Aprel ayında Neftçala və Gədəbəy rayonlarında oxşar tədbirlərin keçirilməsi gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Azərbaycanda 103 nəfər koronavirusa yoluxdu, 221 nəfər sağaldı
14.08.2020
Azəriqaz: İstixana sahiblərinə güzəştlər təklif oluna bilər
14.08.2020
Neftçalada 300 ailəyə ərzaq yardımı paylanıb
13.08.2020
Azərbaycanda 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı
13.08.2020
Baş Nazir 48 dövlət orqanında işçilərin işə cəlb edilməsi qaydasına dair tapşırıq verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info