ABŞ-da musiqiçiyə “tvit”lərinə görə qadağa qoyulub
Tarix: 11.04.2015 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Valentina Lisiça: “Mən həmişə azad sözün, azad diskussiyanın tərəfdarı olmuşam. Amma heç vaxt bilməzdim ki, Qərbdə siyasi mövqeyə, düşüncəni ifadə etməyə görə qadağa qoysunlar. Heç vaxt gözləmirdim ki, fərqli düşüncə ortaya qoyduğuma görə mənə musiqiçi kimi çıxış etməyi yasaqlamaqla cavab verəcəklər”

Ukrayna əsilli istedadlı pianoçu Valentina Lisiçanın başına gələnlər Qərbin insan hüquqlarına yanaşmada nə qədər ikiüzlü olduğunu ortaya qoyur. İkili standartı müasir siyasətin əsas alətinə çevirən Qərb insan hüquqları, ifadə azadlığı kimi demokratiyanın təməl dəyərlərindən ancaq öz maraqları üçün istifadə edir Hansısa məsələ onların marağına cavab verirsə, təməl dəyərlərə hörmət edilir, etmirsə, heç düşünmədən onu tapdalayırlar.
Ukrayna əsilli pianoçu Valentina Lisiça SSRİ dönəmində Ukraynada doğulsa da, hazırda ABŞ-da yaşayır və Birləşmiş Ştatların vətəndaşıdır. Tez-tez müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edən məşhur pianoçu son zamanlar xeyli təhdidlər almağa başlayıb. “RT” yazır ki, onun Ukrayna məsələsində tutduğu mövqe başına bəla olub. Hazırkı Kiyev hakimiyyətinin siyasətini bəyənməyən və bunu açıq şəkildə ifadə edən musiqiçi çətin vəziyyətə düşüb. Hər şey ondan başlayıb ki, Lisiça “Tvitter” sosial şəbəkəsində özünə akkaunt açaraq ölkəsində baş verənlərə münasibət ortaya qoyub. “RT”yə müsahibə verən musiqiçi bildirib ki, Qərb mediasının Ukraynada baş verənlərlə bağlı yalan məlumatlarına dözməyərək həqiqətləri status şəklində yazmağa başlayıb: “Mən həmişə musiqini siyasətdən ayrı tutmuşam. Həmişə bu iki sahə arasında məsafəni qorumuşam. Mən həmişə azad sözün, azad diskussiyanın tərəfdarı olmuşam. Çox qızğın diskussiya olsa belə, mən bunun tərəfdarıyam. Mənim “Tvitter”də yazdıqlarım da elə bunu göstərir. Mən bir qədər fərli düşüncə ortaya qoyuram.

“Bəs, deyirdilər Qərbdə, ABŞ-da azad söz var? Mən 20 ildir ABŞ-da yaşayıram, burada təhsil almışam. Demokratik ölkədə yaşadığımı düşünürdüm. Həmişə düşünmüşəm ki, belə hadisələr hansısa qeyri-demokratik ölkədə baş verə bilər”

Amma heç vaxt bilməzdim ki, Qərbdə siyasi mövqeyə, düşüncəni ifadə etməyə görə qadağa qoysunlar. Heç vaxt gözləmirdim ki, fərqli düşüncə ortaya qoyduğuma görə mənə musiqiçi kimi çıxış etməyi yasaqlamaqla cavab verəcəklər. Mən Toronto simfonik orkestri ilə çıxış etməli, Raxmaninovdan ifa etməli idim. Burada heç bir siyasi baxış, təbliğat yoxdur. Biletlər də satılmışdı. Amma “tvit”lərimə görə mənim çıxışımı qadağan etdilər. Hesab edirəm ki, düşündüyümü yazmaq hüququm var və yazdığım “tvit”lərin məzmununu dəyişmək fikrində deyiləm. Sadəcə, mənim yazdıqlarım kimlərinsə siyasi gündəminə uyğun gəlməyib. Amerika vətəndaşıyam. Amma Ukrayna pasportum da qalır. Konkret olaraq kimlərin mənə görə orkestrə təzyiq etdiyini bilmirəm. Amma Ukraynadan anonim təzyiqlər çox olub”. İstedadlı musiqiçi bildirib ki, artıq orkestr onunla hüquqşunasları vasitəsilə əlaqə saxlayır: “Mən orkestrin rəhbərliyi ilə əlaqə saxlamağa çalışmışam. Amma onlar mənimlə vəkilləri vasitəsilə əlaqə saxlayırlar. Vəkillərin mənə yazdıqları məktubda guya hansısa cinayət işləmişəm kimi bəhs olunur. Bəs, deyirdilər Qərbdə, ABŞ-da azad söz var? Mən 20 ildir ABŞ-da yaşayıram, burada təhsil almışam. Demokratik ölkədə yaşadığımı düşünürdüm. Həmişə düşünmüşəm ki, belə hadisələr hansısa qeyri-demokratik ölkədə baş verə bilər. Məni Kremlə işləməkdə ittiham edərək Rusiyaya getməyimi tələb edirlər. Mən ABŞ vətəndaşı olan ukraynalıyam. Heç vaxt Rusiyada konsert verməmişəm. Ukraynalı olduğum üçün orada baş verənlərə, sadə ukraynalılara qarşı amansız münasibətə göz yuma bilməmişəm. Məni ittiham edənlər unudur ki, dünya onların düşündüyündən də böyükdür. “YouTube”da mənim ifama 80 milyon baxış var. Mən konsert verməyə ölkə, dinləyici tapacağam. Musiqi sonda müharibəyə qalib gələcək”. Qeyd edək ki, musiqiçinin Toronto kilsələrinin birində planlaşdırılan pulsuz konserti də sonradan kilsə rəhbərliyi tərəfindən ləğv edilib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info