Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası keçirilib
Tarix: 13.04.2015 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Aprel ayının 11-də Binəqədi rayonunda İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, “Bakı 2015 I Avropa Oyunları” Əməliyyat komitəsinin direktoru Elçin Səfərov, İDEA ictimai birliyinin layihələr departamentinin əməkdaşı Nigar Qarayeva, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayonun icra strukturlarının rəhbərləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Rayonun Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında gerçəkləşən tədbir açıq elan edildikdən sonra “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə tədbir iştirakçılarına məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Daha sonra dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirilib.
Tədbirdə çıxış edən “Bakı 2015 I Avropa Oyunları” Əməliyyat komitəsinin direktoru cənab Elçin Səfərova tədbirin əhəmiyyətindən danışdılar, İDEA İctimai Birliyinin nümayəndəsi Nigar Qarayeva, Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihənin yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə olduğunu vurğuladılar.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ulu öndər Heydər Əliyevin təbiəti qorumaq, onun qayğısına qalmaq kimi missiyasını ilə öz şəxsi nümunəsində hər bir həmvətənimiz üçün örnək olduğunu diqqətə çatdıraraq, bu missiyanın möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla icra edildiyini diqqətə çatdırdı. RİH başçısı vurğuladı ki, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən yaşıllaşdırma aksiyaları vizual görünüşlə yanaşı, ekoloji mühitin qorunması, insanlar arasında təbiətə qayğı hissinin güclənməsi üçün ciddi əhəmiyyətə malikdir.
Ağacəkmə aksiyasının məhz bu məkanda keçirilməsinin təsadüfi olmadığını, Bakı 2015 I Avropa Oyunları çərçivəsində stend atıcılığı və dağ velosipedi yarışlarının bu əraziyə yaxın məkanlarda keçiriləcəyindən və bu mötəbər idman oyunları ərəfəsində belə aksiyaların əhəmiyyətindən danışan X.İsgəndərov Prezident İlham Əliyevin təşəbbüsü və yaratdığı imkanlar sayəsində baş tutacaq Bakı 2015 I Avropa Oyunlarının ölkə həqiqətlərinin təbliği baxımından bəlkə də bir diplomat ordusunun görəcəyi işə bərabər olduğunu xüsusi vurğulamışdır.
Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində elan etdiyi “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində keçirilən “Təmiz Binəqədi – təmiz ideya” yazı müsabiqəsinə təqdim olunan məqalə müəlliflərinin mükafatlandırılması mərasimi ilə davam etmişdir. Mərasim zamanı təltif olunan KİV nümayəndələrinə həm də simvolik olaraq “Bakı-2015” ilk Avropa Oyunlarına bilet təqdim edilmişdir. Həmçinin, tədbir zamanı “Bakı 2015 I Avropa Oyunları” Əməliyyat komitəsinin direktoru Elçin Səfərova Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyəsi təqdim olunmuşdur.
Sonra ağacəkmə aksiyasına start verilmiş, aksiya zamanı ümumilikdə 2000 ədəd şam ağacı əkilib, onlara qulluq göstərilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi
18.10.2019
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi
18.10.2019
Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir
18.10.2019
Azərbaycan əhalisinin gəlirləri 7 faizə yaxın artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info