200-ə yaxın beynəlxalq yayım şirkəti tərəfindən Avropa Oyunları işıqlandırılacaq
Tarix: 14.04.2015 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


Hikmət Hacıyev: “700-ə yaxın beynəlxalq, 600-dən artıq
yerli media nümayəndəsi akkreditasiya üçün müraciət edib”


Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a məxsusi müsahibəsində Avropa Oyunları ilə əlaqədar xarici KİV nümayəndələrinin akkreditasiyası ilə bağlı məsələyə münasibət bildirib: “Birinci Avropa Oyunları Azərbaycanın ev sahibliyi etdiyi mötəbər və kütləvi tədbirlərdən biridir. Bu səbəbdən Oyunlarla əlaqədar akkreditasiya prosesi müstəsna xarakter daşıyır.
Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 avqust tarixli sərəncamında Avropa Oyunları ilə əlaqədar akkreditasiya işinin təşkil edilməsi nəzərdə tutulub. Azərbaycan tərəfindən birinci Avropa Oyunlarında xarici KİV nümayəndələrinin akkreditəsi məqsədilə bu kimi beynəlxalq kütləvi tədbirlərdə tətbiq edilən qabaqcıl təcrübə də tətbiq olunur. Məmnuniyyətlə qeyd edə bilərik ki, Avropa Oyunları Əməliyyat Komitəsində bu sahədə təcrübəsi olan beynəlxalq və yerli peşəkarlar birlikdə çalışırlar. Xarici KİV nümayəndələrinin akkreditasiyası mərkəzləşdirilmiş qaydada Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən aparılır. Dövlət qurumları tərəfindən də Avropa Oyunları Əməliyyat Komitəsinə lazımi dəstək göstərilir. Olimpiya Xartiyasının ruhuna və məramlarına sadiq qalaraq, KİV nümayəndələrinin akkreditasiyası və Oyunlar zamanı KİV-in fəaliyyəti prosesində Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi tərəfindən KİV-lər ilə əlaqədar nəzərdə tutulan qaydaların həyata keçirilməsi təmin olunur və olunacaq. Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün 700-ə yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditasiya üçün müraciət edib. Bundan əlavə, 200-ə yaxın beynəlxalq yayım şirkəti tərəfindən Avropa Oyunları işıqlandırılacaq. KİV nümayəndələrinin öz fəaliyyətlərini effektiv həyata keçirmələri üçün bütün texniki parametrlərə cavab verən Media Kəndi də yaradılıb. Akkreditasiyadan keçmiş KİV nümayəndələrinin Azərbaycan ərazisinə daxilolma qaydaları da sadələşdirilib. Belə ki, Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən veriləcək akkreditə kartı və şəxsiyyəti təsdiq edən sənəd əsasında beynəlxalq media nümayəndələri Azərbaycan ərazisinə daxil ola biləcəklər. Ümumiyyətlə isə Azərbaycanda mətbuat və ifadə azadlığı tam şəkildə təsbit olunub, yerli və xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasının qanunlarına hörmət əsasında öz peşəkar fəaliyyətlərini həyata keçirmələri üçün tam sərbəst mühit var”.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info