“E-hökumət” portalı üzərindən göstərilən xidmətlərin 20,9%-i ƏƏSMN-nin payına düşüb
Tarix: 14.04.2015 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Cari ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 104903 ədəd, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 22725 ədəd istifadə sayı qeydə alınıb.
Habelə nazirliyin ötən ay nazirliyin “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 8265 ədəd təşkil edib. Hər üç xidmət “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında ilk yerləri tutur. Ümumilikdə ƏƏSMN-nin “Elektron hökumət” portalı üzərindən təqdim olunan bütün e-xidmətləri üzrə istifadə sayı 138080 ədəd olmaqla bu portal üzərindən 42 qurum tərəfindən 280 növdə göstərilən e-xidmətlərdən cəmi istifadə sayının (658481 ədəd) 20,9%-ni təşkil edib.
ƏƏSMN tərəfindən ötən ilin ortalarında istifadəyə verilən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmasına xidmət edir. Ən çox ən çox istifadə olunan e-xidmətlər sırasında daim birinciliyi ilə seçilən bu xidmətin istifadəyə verilməsi əmək münasibətləri barədə dolğun elektron məlumat bazasının formalaşmasına imkan yaradıb. Bu isə ƏƏSMN tərəfindən hazırda vətəndaşların daha çox istifadə etdiyi xidmətlərdən olan “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də yaradılaraq istifadəsinə verilməsini şərtləndirib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Melihə Əsədova: “Müəllimə verilən dəyər onun üçün stimuldur”
20.06.2019
“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
20.06.2019
Məşğulluq Mərkəzlərinin əməkdaşlarına əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramı barədə təqdimat keçirilib
20.06.2019
Azərbaycan əhalisinin sayı açıqlandı
20.06.2019
Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info