I Avropa Oyunlarına medianın akkreditasiyası başa çatıb
Tarix: 14.04.2015 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


“Bakı 2015” Avropa Oyunlarına medianın akkreditasiya prosesi başa çatıb.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsindən verilən məlumata görə, yayım şirkətləri istisna olmaqla, 1300-dən çox mətbuat nümayəndəsi tədbiri işıqlandırmaq üçün müraciət edib. Müraciətlər növbəti həftələrdə nəzərdən keçiriləcək.
Akkreditasiya sistemi Beynəlxalq Olimpiya Komitəsinin yaratdığı qaydalara əsasən, Olimpiya xartiyasına uyğun olaraq, Avropa Olimpiya Komitəsi tərəfindən idarə olunacaq.
“Bakı 2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bütün akkreditasiyaların Azərbaycana viza rolunu oynayacağını və açılış mərasimindən 30 gün əvvəldən başlayaraq bağlanış mərasimindən 60 gün sonraya qədər qüvvədə olacağını təsdiq edib: “Bu gənc və dinamik ölkədə keçiriləcək möhtəşəm tədbirə qatılmaq üçün akkreditasiyadan keçmiş media üzvləri, Avropa Oyunları ailəsi və Oyunlara gələn hər bir kəs Azərbaycanda ən dəyərli qonaq hesab olunacaqlar”.
Məlumatda o da qeyd olunub ki, Azərbaycanda ilk dəfə olaraq bir tədbiri işıqlandırmaq üçün bu sayda müraciət daxil olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info