Ağdaşda yeni biyan emalı zavod inşa olunur
Tarix: 14.04.2015 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Ağdaş rayonunda biyan emalı ilə məşğul olacaq zavod inşa olunur.
Rayon icra hakimiyyətindən bildiriblər ki, Ağdaş-Yevlax avtomobil yolunun kənarında inşa edilən müəssisədə hazırda hörgü işləri aparılır. Ərazidə zavod binası, biyan kökü emalı üçün dəyirman, istixana mərkəzi, qurutma məntəqələri, məhsulların saxlanılması üçün anbarlar, ofis binası tikilir. Zavodda İtaliya və Almaniyadan gətirilən avadanlıqların quraşdırılacağı bildirilir. ABŞ və Çindən sonra biyan emal edən yeni bir zavodun Azərbaycanda tikilməsi ölkəmizdə keyfiyyətli xammalın mövcudluğundan irəli gəlir.
Ağdaş Biyan Emalı Zavodunun nəzdində xammalın əldə edilməsi üçün hazırda 1000 hektar sahədə biyan bitkisi yetişdirilir. Həmçinin, Ağdaşda və ətraf rayonlarda biyan qəbulu məntəqələrinin yaradılması nəzərdə tutulur. Zavod vətəndaşlardan düzən yerlərdə yabanı halda yetişən biyanı pulla alacaq ki, bu da kənd əhalisinin məşğulluğunun təmin edilməsinə töhfə olacaq.
Qeyd edək ki, Ağdaşda biyan emalının tarixi hələ XIX əsrin sonlarına gedib çıxır və hazırda “Kənd təsərrüfatı ili”ndə bölgədə qədim biyançılıq ənənəsinin bərpası üçün ciddi iş aparılır.
Qiymətli texniki bitkilərdən hesab olunan biyanın Azərbaycanda 8 növü mövcuddur. Şirin biyan Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərində, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, inzibati rayonlardan Kürdəmirdə, Ucarda, Bərdədə, Ağdaşda, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənlik ərazilərində heç bir qulluq, qayğı görmədən yetişir.
Tarixən qiymətli biyan bitkisi Ağdaşdan bir çox ölkələrə ixrac olunub. Belə ki, Ağdaşın Ləki qəsəbəsindəki Biyan Kökü Zavodunda bu bitki toplanaraq preslənib və 1886-cı ildən başlayaraq ölkəmizdən ABŞ-a, 1913-cü ildən isə Fransaya, İngiltərəyə, Yaponiyaya göndərilib. Azərbaycanda çıxarılan biyan kökü dünyada ən keyfiyyətli biyan kökü sayılır.
Yapon alimləri apardıqları tədqiqatlar əsasında belə nəticəyə gəliblər ki, biyan öz faydalı maddələrinin keyfiyyətinə görə jenşendən üstündür. Şirin biyandan hazırlanan preparatlardan bronxit, göy öskürək, tuberkulyoz, mədə yaraları, zəhərlənmə əleyhinə, xüsusən ət və göbələk zəhərlənmələrinə qarşı müalicə vasitəsi kimi istifadə olunur. Şirin biyan maddələr mübadiləsinin nizama salınmasında, sinir xəstəliklərinin müalicəsində də əhəmiyyətlidir.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Azərbaycanda 103 nəfər koronavirusa yoluxdu, 221 nəfər sağaldı
14.08.2020
Azəriqaz: İstixana sahiblərinə güzəştlər təklif oluna bilər
14.08.2020
Neftçalada 300 ailəyə ərzaq yardımı paylanıb
13.08.2020
Azərbaycanda 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı
13.08.2020
Baş Nazir 48 dövlət orqanında işçilərin işə cəlb edilməsi qaydasına dair tapşırıq verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info