Mazandaran əyaləti ilə Bakı arasında gəmi reysinin açılması planlaşdırır
Tarix: 15.04.2015 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


“Mazandaran əyalətindən Bakı ilə birbaşa sərnişin daşımaları məqsədi ilə gəmi reysinin açılmasını planlaşdırır”. Bunu Azərbaycanlı jurnalistlərə açıqlamasında Mazandaran əyalətinin başçısı Rəfi Fəllah Cilodar deyib.
Onun sözlərinə görə, dəniz nəqliyyat xəttinin açılması Mazandaran ilə Azərbaycan arasında əlaqələrin inkişafına təkan verəcək: "Düzdür, hazırda Azərbaycanla İranın bəzi limanları arasında dəniz əlaqələri var, lakin turizmin inkişafı üçün sərnişin daşımaları sahəsində gəmi reysləri yoxdur. Odur ki, biz birbaşa dəniz reysinin açılmasını istəyirik və hazırda bu istiqamətdə işləyirik. Yaxın vaxtlarda bu reysin açılmasını gözləyirik".
R.F.Cilodar Mazandaran əyalətindən Azərbaycana ixracatın həcmini artırmaq, bir başa gediş-gəlişlərin təşkili məqsədi ilə Sari şəhərində Azərbaycanın konsulluğunun fəaliyyət göstərilməsini təklif etdi. “Konsulluğun Sari şəhərində açılması ilə bağlı məsələ İranın Xarici İşlər Nazirliyi qarşısında qaldırılacaq. Əgər Azərbaycan tərəfi buna razılıq verərsə, konsulluğun açılmasını biz yaxın zamanda həyata keçirməyə hazırıq. Çünki, konsulluğun açılması əlaqələrimizin inkişafında müstəsna rol oynayacaq.
Rəfi Fəllah Cilodar həmçinin bildirib ki, Mazandaran əyaləti qonşu ölkələrlə əməkdaşlıqda çox geridə qalıb və cari il üçün qonşu ölkələrlə xüsusi ilə Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq müqavilələri imzalamağı da planlaşdır. Azərbaycanın sürətli inkişafını qeyd edən əyalət başçısı əlaqələrin inkişafında maraqlı olduğunu deyib: "Biz ikitərəfli münasibətləri inkişaf etdirmək üçün turizm, kənd təsərrüfatı, meyvəçilik, balıqçılıq, tikinti, kənd təsərrüfatı texnikası, quşçuluq, sənaye məhsulları sahələrində müqavilə imzalamağa hazırıq”
"Əminəm ki, yaxın gələcəkdə yuxarıda sadaladığım sahələr üzrə Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün konkret nəticələrə nail ola biləcəyik. Bundan əlavə, biz qarşılıqlı biznes forumları, sərgiləri və mədəniyyət əlaqələrin inkişafı üçün tədbir keçirilməsini planlaşdırırıq. Biz bu kimi tədbirlərlə əlaqələrimizin inkişafına nail olmaq istəyirik", - R.F.Cilodar qeyd edib.
R.F.Cilodar onu da bildirib ki, bu məqsədlə o, Azərbaycanın İrandakı səfiri ilə görüşüb. Cilodar əlaqələrin inkişafı ilə bağlı bütün məsələləri müzakirə etmək niyyətindədir: "İlin sonuna kimi, ümid edirəm, biz buna nail ola biləcəyik".
O qeyd edib ki, Azərbaycan və İran qədim ortaq tarixi və mədəni köklərə malikdir. Bu baxımdan iki qonşu dost və qardaş ölkələrin əlaqələri yüksək olmalıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info