ARGTMŞ-ın üzv təşkilatları Binəqədi RİH-də olublar
Tarix: 15.04.2015 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunan məlumat turu çərçivəsində ARGTMŞ-ın üzvü olan gənclər təşkilatları Binəqədi rayonunda, novatorluğu, gənclərlə bağlı işlərdə aktiv fəaliyyəti ilə seçilən Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə tanış olublar. Məlumat turunda ARGTMŞ-nın sədri Şahin Seyidzadə, ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları iştirak ediblər.
ARGTMŞ-dan bildirilib ki, məlumat turu ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələrinin qoyulması və dahi şəxsiyyətin ruhuna göstərilən ehtiramla başlayıb.
Məlumat turu zamanı iştirakçılar YAP Binəqədi rayon təşkilatının inzibati binası, rayonun Heydər Əliyev adına istirahət parkı, “Çoxmənzilli yaşayış binalarında yeni idarəetmə” formaları haqqında rayon sakinlərini maarifləndirmək məqsədilə yaradılmış səyyar ofis, İcra Hakimiyyəti tərəfindən əhalinin müraciətlərinin operativ həlli üçün yaradılmış “Sakinlərin Müraciət Xidməti” və digər yeniliklərlə tanış olmuşlar. Binəqədi RİH-in bir sıra təşkilatlarla, o cümlədən QHT və gənclərlə birgə işgüzar layihələr və tədbirləri haqqında iştirakçılara məlumatlar verilib.
Məlumat turu çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallları ilə görüşmüş, görüşdə gəncləri maraqlandıran məqamlar ətrafında söhbət aparılmış və onların sualları cavablandırılıb. İcra başçısı bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti günümüzdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz, dövlətimizin başçısının yaratdığı geniş imkanlar sayəsində ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyinin cəmiyyətin hərəkətverici qüvvəsinə çevrildiyi gənclərin diqqətinə çatdırılmışdır. Gənc nəslin fiziki və mənəvi sağlamlığını daim diqqətdə saxlayan Prezident İlham Əliyevin idamnın inkişafına verdiyi hərtərəfli dəstəyə toxunan X.İsgəndərov “Bakı 2015” Birinci Avropa Oyunlarının doğma Vətənimizdə keçirilməsini dövlət başçısının bu sahədə yürütdüyü praqmatik, ardıcıl və məqsədyönlü siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə yazılan şərəfli səhifə olduğunu vurğulayıb.
Görüşdə çıxış edən ARGTMŞ-ın sədri Şahin Seyidzadə gənclər təşkilatları və dövlət qurumları arasında əməkdaşlığın vacibliyini qeyd edib, bu istiqamətdə Binəqədi Rayon İcra Hakimiyyətinin nümunəvi dövlət qurumlarından biri olduğunu vurğulayıb. O, bildirib ki, Azərbaycanın ictimai siyasi həyatında yaxından iştirak edən 112 gənclər təşkilatını, minlərlə gənci birləşdirən Gənclər Təşkilatları Milli Şurası daima Azərbaycan dövlətinin prioritetlərini dəstəkləyib və bu istiqamətdə əməkdaşlığa hər zaman hazırdır. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinə, Binəqədi rayonunun gəncləri və gənclər təşkilatlarının inkişafında verdiyi tövhələrə görə fəxri fərman təqdim olunub.
Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb. Görüşdən sonra qonaqlar çay süfrəsi ətrafında səmimi söhbətlər və fikir mübadiləsi aparıblar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
Azərbaycan dövləti bütün şəhid ailələrinə diqqət və qayğı göstərir
25.01.2020
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb
25.01.2020
Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək
24.01.2020
Avtomobillərin nömrələrini gizlədən sürücülər 500 manat məbləğində cərimələnib
24.01.2020
Dövlət Gömrük Komitəsi Akademiyasının yaranmasının 8 ili tamam olur

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info