Mingəçevirdə Böyük Vətən müharibəsi iştirakçılarının problemləri diqqətdə saxlanılır
Tarix: 15.04.2015 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Faşizm üzərində qələbənin 70 illik yubileyi münasibətilə Mingəçevir şəhərində təhsil, səhiyyə və mədəniyyət ocaqlarında Böyük Vətən müharibəsi veteranları ilə görüşlər keçirilir, “dəyirmi masa”lar təşkil olunur.
Aprelin 15-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müharibə veteranları ilə fərdi qaydada öz evlərində görüşərək, onların səhhəti, qayğı və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, 1941-1945-ci illər müharibəsindən sonra yenicə formalaşmağa başlayan Mingəçevir şəhərində 800-dən çox Böyük Vətən müharibəsi iştirakçısı var idi, hazırda isə energetiklər şəhərində 10 nəfər müharibə iştirakçısı yaşayır.
Müharibə veteranları dövlətimizin bu kateqoriyadan olan insanlara diqqət və qayğısından, Prezident İlham Əliyevin müharibə iştirakçılarına birdəfəlik müavinətin verilməsi barədə Sərəncamından minnətdarlıqla söz açıblar.
N.Bayramov onların qəhrəmanlıqlarının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, veteranların və ailə üzvlərinin problemlərinin həllinə kömək göstəriləcəyini bildirib.
Mingəçevirdə yaşayan 10 nəfər müharibə iştirakçısına şəhər icra hakimiyyəti tərəfindən ərzaq bağlamaları təqdim olunub.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info