Akif Əlizadə: “Azərbaycanda məzhəblər arasında fərq qoyulmur“
Tarix: 16.04.2015 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Hazırda Azərbaycanda bir çox dinlərə sitayiş edən insanlar dinc, yanaşı yaşayır. Azərbaycan dini tolerantlıq baxımından bütün dünyaya nümunə göstərir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik Akif Əlizadə bu gün Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində bildirib. A.Əlizadə deyib ki, ölkəmizdə dini etiqad azadlığı təmin edilib: "Azərbaycanda məscidlərlə yanaşı, xristian kilsələri, yəhudi sinaqoqları, atəşpərəstlik məbədləri fəaliyyət göstərir. Azərbaycanda məzhəblər arasında fərq qoyulmur. Yeni məscidlər tikilir, köhnələri bərpa olunur”. AMEA-nın prezidenti bildirib ki, İslam maarfiçiliyi müasir dövrdə günün aktual tələbidir. Bu, dünyada sülhü, əminamanlığı, sivilizasiyaların dialoqunun təmin edilməsində mühüm rol oynayır. A.Əlizadə bildirib ki, Muhəmməd Peyğəmbər (s.ə.a.s.) beşikdən qəbir evinədək biliyə yiyələnməyi buyurub: "İslam dininin yaranması ilə müsəlmanlar bir çox ənənəvi elmləri inkişaf etdirib, yenilərinin banisi oldular. Bu elmlər intibah dövründə təkamül etdi. Demək olar ki, yeni dinin gəlişi İslam dünyasında savadsızlığın məhvinə gətirib çıxardı".
O, həmçinin qeyd edib ki, Peyğəmbərin nəslindən olan İmam Cəfəri Sadiq (ə.s.) tərəfindən Mədinədə açılmış ilk islam Universiteti Avropanı xeyli qabaqlamışdı.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info