Qafqaz Universiteti Asiya İnkişaf Bankının Gənclərin Debat Müsabiqəsinə ev sahibliyi etdi
Tarix: 16.04.2015 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetinin Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzi, Asiya İnkişaf Bankının təşkil etdiyi Gənclərin Debat Səsi Müsabiqəsinə ev sahibliyi edib. Asiya İnkişaf Bankının ölkə direktoru, cənab Olli Noroyono AİB-nin Azərbaycandaki missiyasından bəhs edərək Debat Müsabiqəsini açıq elan edib. Cənab Oriyono həmçinin tələbələr arasında debat müsabiqəsinin təşkil edilməsinin vacibliyindən danışıb. O qeyd edib ki, Qafqaz Universitetində keçirilən milli çempionatın qalibi regionun digər ölkələrinin çempionları ilə yarışacaq. Regional müsabiqənin qalibləri, mayın 2-sində Bakıda keçiriləcək Asiya İnkişaf Bankının illik iclasında debat aparacaqlar.
Qafqaz Universitetinin rektoru professor A. Sanic qeyd edib ki, Qafqaz Universiteti tələbələrin inkişafına çox önəm verir. Sonra rektor vurğulayıb ki, tələbələr üçün yalnız sinif daxili fəaliyyətlər deyil, həmçinin dərsdən əlavə fəaliyyətlər və müsabiqələr də olduqca vacibdir. O, AİB-yə bu tədbiri təşkil etdiyi üçün təşəkkür edib və bildirib ki, Qafqaz Universiteti ev sahibliyi etməkdən məmnundur. Rektor bütün komandalara uğurlar arzulayıb.
Yarışda Azərbaycanın 5 universitetindən 8 komanda (ADA Universiteti 2 komanda, Turizm Universiteti 2 komanda, Qafqaz Universiteti 2 komanda, Xəzər Universiteti 1 komanda və Dövlət İdarəçilik Akademiysı 1 komanda) iştirak edirdi.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info