Narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısı alınıb
Tarix: 16.04.2015 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Biləsuvar Gömrük İdarəsinin əməkdaşları 20 kiloqramdan artıq narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, İdarə əməkdaşları tərəfindən Füzuli rayonu ərazisində Su Elektrik Stansiyasının qarşısından keçən maşın yolunun kənarında qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş narkotik vasitələri satmaq istəyən İran İslam Respublikası vətəndaşları Aşena Murtuza Cahangir oğlu, Xəlili Səccad Əyyub oğlu saxlanılıb və onlara məxsus iki ədəd idman çantasına baxış keçirilib.
Baxış zamanı idman çantalarının birində polietilen paketlərdə qablaşdırılmış 10 ədəd dördbucaq formalı bağlamalarda, digər çantada isə eyni formalı 11 ədəd bağlamada , ümumi xalis çəkisi 20 kiloqram 390 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.
Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dövlət sərhədini qanunsuz olaraq keçmə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitələri külli miqdarda satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirmə faktına görə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə İran İslam Respublikasının vətəndaşları Aşena Murtuza Cahangir oğlu və Xəlili Səccad Əyyub oğlu şübhəli şəxs qismində tutulmuş, onlara Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə ittiham elan edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info