“Papa və onun havadarları dinlərarası dialoqa böyük zərbə vurur”
Tarix: 16.04.2015 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Bu gün qardaş Türkiyəni bir qrup Mişellər, Conlar, Ceymslər, Avraamlar təkləməyi hədəf götürüblər. Roma papasının “erməni soyqırımı” ifadəsini məhz bu ildə 2015-ci ildə işlətməsi birmənalı şəkilkdə onu bildirir ki, bu günə onlar hazırlamışdılar. Qondarma soyqırımının 100 illiyinin keçirilməsi ərəfəsində bu addımın atılması ermənilərə dünya katoliklərindən verilən dəstək, xristian təəssübkeşliyi kimi qəbul olunmalıdır”. Bu fikiləri araşdırmaçı yazar, analitik Anar Turan Roma papasının qondarma soyqırımı iddiaları ilə bağlı şərhinə münasibət olaraq bildirib.
Anar Turana görə, papanın bu qərəzli addımı şübhəsiz ki, antitürk mahiyyət daşıyır və Türkiyənin Avropa Birliyinə üzv olmasını əngəlləmək və qardaş dövləti hələ bir neçə il də Birliyin qapısında gözlətmək, təzminat ödəməyə məcbur etmək xarakteri daşıyır: “Onu da qeyd edək ki, papanın bu həqiqətdən uzaq çağırışının arxasında İtaliyada və Fransada formalaşmış erməni diasporunun rolu olmuşdur. Çünki, ermənilər vaxtı ilə Osmanlıdan Qərbi Avropaya köç etdikdən sonra qriqorian məzhəbindən imtina etmiş və katolikliyi qəbul etmişlər. Bu gün Fransada və İtaliyada yaşayan ermənilərin əhəmiyyətli hissəsi katolikdir. Bu faktorlar da nəzərə alınmalıdır. Papanın ardınca, Avropa Parlamenti də qondarma soyqırımı tanıdı. Onların bu addımına cavab olaraq İslam Konfransı Təşkilatının təcili iclası çağırılmalı, Papanın bu qərarına qarşı əks bəyanat verilməli və bu hərəkət kəskin şəkildə pislənilməlidir. Papa və onun havadarları bilməlidirlər ki, onların bu addımı dinlərarası dialoqa böyük zərbə vurur və bu qərəzli yoldan çəkinməlidir. Bu məsələdə Türk dövlətləri də ortaq mövqe nümayiş etdirib Türkiyəyə dəstəklərini ifadə etməlidirlər. Hücum strategiyasında olmalıyıq. Məncə, elə Milli Məclisin budəfə ki plenar iclasında bu məsələ müzakirə olunmalı, kəskin bəyanat verilməli və Avropa Parlamentinin bu qərarı rədd edilməlidir. Türkiyə Parlamenti də elə bu dəfə ki iclasında Avropa Parlamentinin bu qərarına qarşılıq olaraq rəsmi şəkildə Xocalını qırğın kimi deyil, soyqırımı kimi tanımalıdır”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info