Şagirdlər arasında şahmat yarışı
Tarix: 16.04.2015 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universiteti Tələbə İdman Şurasının təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin direktoru Elmira Həsənova vurğulayıb ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Elmira Həsənova dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin avanqard qüvvəsinə çevrildiyini qeyd edib.
Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə ümummilli lider Heydər Əliyevin siyasi kursunun bugünkü layiqli davamından, ölkədə aparılan təhsil və gənclər siyasətinin uğurundan danışıb. Vurğulanıb ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Natiq, ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin bütün dövrlərində respublikada idmanın bütün növlərinin inkişafına şərait yaradıldığını nəzərə çatdırıb. Prorektor qeyd edib ki: - “Bildiyiniz kimi, Görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 9 aprel tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Şahmat yarışlarının da məhz Cəmşid Naxçıvanski adına 11 nömrəli tam orta məktəbdə keçirilməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir”. Surə Seyid şahmat oyununu zəka oyunu kimi, intellektual səviyyəni yüksəltməyə stimul verən idman növlərindən biri olduğunu vurğulayaraq, yarış iştirakçılarına uğurlar arzulayıb.
Universitetin Tələbə İdman Şurasının sədri Nicat Allahverdiyev, Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Elza Musayeva yarışın keçirilməsində əməyi keçənlərə minnətdarlıq ediblər.
Sonra şahmat yarışına start verilib.
Üç mərhələdə keçirilən şahmat yarışının sonunda ibtidai siniflər arasında Zahid Allahverdiyev I, Əli Həsənov II, Zahidə Allahverdiyeva III yerin, VI-XI siniflər arasında keçən gərgin yarışda isə Həsən Cahangirli I, Yuhanar Sadiqov II, Nəzrin Əsgərova III yerin qalibləri olublar. Yarışda qalib olan şagirdlərə Naxçıvan Dövlət Universitetinin Fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info