Dünya Bankının aktuar tədqiqatlar üzrə modeli tətbiq edilir
Tarix: 17.04.2015 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunda Pensiya İslahatları Seçimləri üzrə Simulyasiya Aləti kimi xarakterizə edilən PROST modeli üzrə keçirilən təlimlər başa çatıb. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Dünya Bankı birgə PROST modelinin sığorta-pensiya sistemində tətbiq olunmasıyla bağlı DSMF-də brifinq-təqdimat keçirilib.
Tədbirdə çıxış edən DSMF-nin sədr müavini Zakir Babayev bildirib ki, Prezident İlham Əliyevin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiya”sı ilə müəyyən edilmiş əsas vəzifələrdən biri pensiya təminatı sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsidir.
Qeyd olunub ki, bu məqsədlə DSMF tərəfindən çoxsaxəli funksional fəaliyyət planına start verilib və hazırda müxtəlif strateji istiqamətlər üzrə kompleks tədbirlər həyata keçirilməkdədir. İlkin olaraq fonddaxili struktur və institusional platformanın təkmilləşdirilməsi məqsədilə müvafiq struktur vahidinin və aktuar qrupun formalaşdırılması və komplektləşdirilməsi tədbirləri icra edilib, həmçinin daxili texniki və institutsional potensialın artırılması məqsədilə bir sıra donor təşkilatları ilə (Dünya Bankı, Avropa İttifaqı və s.) intensiv təlim proqramlarının keçirilməsi razılaşdırılıb. Bununla yanaşı, aktuar modellər üzrə zəruri verilənlər bazasının hazırlanması və ölkədə mövcud pensiya sisteminə adaptasiya olunacaq aktuar modellərin müəyyənləşdirilməsi və tətbiqi ortamüddətli perspektivdə DSMF-nin əsas strateji hədəfidir.
Brifinq-təqdimatda çıxış edən Dünya Bankının eksperti Tatyana Boqomolova PROST modelinin əhəmiyyətindən söz açaraq vurğulayıb ki, Dünya Bankı tərəfindən hazırlanmış bu model dünyanın 100-ə yaxın ölkəsində tətbiq edilib. Model sığortaolunanların gələcək pensiya təminatını, pensiya sisteminin uzunmüddətli dövrdə maliyyə dayanıqlılığını, sistemin gəlir və xərclərini, sığortaolunanların gələcək pensiya təminatına təsir edə biləcək amilləri müəyyənləşdirir və pensiya sistemində kəmiyyət və keyfiyyət təhlillərinin aparılmasında əhəmiyyətli rol oynayır. PROST modeli vasitəsilə əhalinin gözlənilən ömür müddəti, ölkə iqtisadiyyatının gələcək makroiqtisadi göstəriciləri, beynəlxalq tendensiyaları nəzərə alaraq sığortaolunanların gələcək pensiya məbləğindəki dəyişmələri, sistemdə həm sığorta prinsiplərinə əsaslanan, həm də məcburi dövlət sosial sığorta haqqına bağlı olmayan pensiya öhdəliklərinin məbləği, həmçinin gələcək pensiyaçıların və sığortaolunanların sayı proqnozlaşdırılır. Bunula yanaşı, PROST modelindən istifadə etməklə hazırda dünyanın əksər ölkələrinin pensiya sisteminə əhəmiyyətli dərəcədə təsir edən qlobal yaşlanmanın pensiya sistemində yarada biləcəyi əlavə maliyyə öhdəliklərini, ölkələrin pensiya siyasəti sahəsində islahatların zəruriliyini, sığorta-pensiya sistemində həyata keçirilən hər hansı bir islahatın, makroiqtisadi göstəricilərin nəticələrinin müxtəlif gəlir səviyyəsindəki insanların hər bir kateqoriyasına təsirini müəyyənləşdirmək mümkündür.
Dünya Bankının eksperti qeyd edib ki, 2009-2010-cü illərdə dünyada baş vermiş qlobal maliyyə böhranının müxtəlif növ pensiya sistemlərinə təsiri Dünya Bankı tərəfindən məhz PROST modeli vasitəsilə qiymətləndirilib. Bundan əlavə, Avropa Birliyinin bir sıra ölkələri də PROST modelini tətbiq edib.
Sonra DSMF-nin Proqnozlaşdırma şöbəsinin müdiri Fərid Baxşıyev təqdimatla çıxış edərək PROST modelinin konseptual aspektləri barədə ətraflı məlumat verib. Bildirilib ki, modelin üstünlüyü müxtəlif ölkələrin pensiya sistemlərinə çevik adaptasiya oluna bilməsidir. Aktuar tədqiqatlar sahəsində DSMF-nin strateji hədəfləri barədə ətraflı məlumat verən F.Baxşıyev bildirib ki, Azərbaycan üzrə PROST modelinin tətbiqi istiqamətində işlərin cari ilin may ayında yekunlaşdırılması və ictimaiyyətin məlumatlandırılması məqsədilə yeni modelin geniş təqdimatının keçırilməsi nəzərdə tutulub. Həmçinin məlumat verilib ki, təlimdə iştirak etmiş DSMF əməkdaşlarına Azərbaycan üzrə işlənib hazırlanacaq PROST modelinin istifadəsi üzrə Dünya Bankının sertifikatı və lisenziyası veriləcək.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info