“La Repubblica”: “Qərb mediasının səssizliyi altında Ukraynada müxalifətin amansız təmizlənməsi əməliyyatı keçirilir”
Tarix: 17.04.2015 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Qərbin demokratiya vəd edərək “narıncı inqilab” həyata keçirdiyi Ukrayna adlı dövlət, xaosun, vətəndaş müharibəsinin, siyasi qətllərin olduğu parçalanmış bir əraziyə çevrilib. Qərb ölkələrinin kəşfiyyat əməkdaşlarının at oynatdığı, müxtəlif terrorçuların, muzdlu döyüşçülərin sərbəst şəkildə fəaliyyət göstərdiyi Ukrayna dövləti tarixinin ən ağır və faciəli günlərini yaşayır. Ukraynada baş verən antikonstitusion hakimiyyət dəyişikliyini dəstəkləyən və bu işin həyata keçirilməsində bilavasitə iştirak edən Qərb dövlətləri öz maraqları naminə Ukrayna adlı dövləti qurban ediblər. Məşhur “Maydan” olayları vaxtı ABŞ və digər Qərb dövlət rəsmilərinin qanunsuz və silahlı aksiya iştirakçılarını ziyarət etməsi səhnə arxasında hansı “rejissorun” dayanmasına işarə idi.

Kalaşnikov ABŞ-ın Ukraynadakı səfirliyinin qarşısında tez-tez təşkil edilən aksiyaların əsas təşkilatçısı olub

Ukrayna adlı dövlətin parçalanmasına nail olan həmin “səhnə arxasındakılar” indi də Ukraynada müxalif fikirli şəxslərə, siyasətçilərə, jurnalistlərə qarşı siyasi qətllərə start veriblər. Ukrayna, ABŞ dünyaya sırıdığı “rəngli inqilab”ın faciəsini yaşayır. Sadə ukraynalıya və dünya ictimaiyyətinə azadlıq, demokratiya, vətəndaş cəmiyyəti, azad mətbuat, azad seçki, insan hüquqları kimi yalan vədlər verərək dövlət çevrilişi edənlər indi bu vədlərini unudaraq onların maraqlarının əleyhinə söz deyənləri bir-bir siyasi qətllərlə aradan götürürlər. Ukraynalıları bir-birinə qırdırmaqdan doymayan “demokratlar” indi siyasi qətllər seriyasına başlayıb. Ukraynada son günlər ərzində 3 jurnalist və bir keçmiş deputat müəmmalı şəkildə qətlə yetirilib.

“Azərbaycanda bir küçə iti ilə bağlı hay-küy salaraq, bir-birinin ardınca bəyanat verən, qarayaxma kampaniyası aparan beynəlxalq təşkilatlar, Ukraynada 3 jurnalist, bir siyasətçi qətlə yetirilib, niyə susursunuz?”

Əvvəlcə aprelin 13-də Kiyevdə məşhur jurnalist, “ProUA” və “Obkom” internet nəşrlərinin həmtəsisçisi Sergey Suxobok öldürüldü. Aprelin 15-də Regionlar Partiyasından olan keçmiş millət vəkili Oleq Kalaşnikov öldürüldü. Kalaşnikovun cəsədi Kiyevin Podolsk rayonunda öz evinin blokunda aşkarlandı. O, ölümündən bir gün əvvəl öz dostuna elektron məktub yazaraq siyasi baxışlarına görə təqib olunduğunu bildirib. Sabiq deputat qeyd edib ki, onu məhkəmə ilə hədələyirlər. Daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko bildirib ki, qətl üzrə cinayət işi qaldırılıb. İstintaq Kalaşnikovun siyasi fəaliyyəti, antimaydan təşkilatı ilə əlaqəsi, biznes maraqları, borc məsələləri, şəxsi münasibətləri və soyğunçuluq məqsədi ilə qətli versiyaları üzrə işləyir. Kalaşnikovun rəqibləri iddia edirdilər ki, o, Maydan hadisələrində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ən aqressiv tərəfdarlarını maliyyələşdirib. Ukrayna mediası da qətlin antimaydan hərəkatı ilə bağlı olması versiyası üzərində dayanır. Bir maraqlı detal da ondan ibarətdir ki, Kalaşnikov ABŞ-ın Ukraynadakı səfirliyinin qarşısında tez-tez təşkil edilən aksiyaların əsas təşkilatçısı olub. Qeyd edək ki, ilin əvvəlindən Zaporojye vilayətinin qubernatoru Aleksandr Pekluşenko da daxil olmaqla, Yanukoviçin partiyasından üç nəfər şübhəli şəkildə intihar edib.

Daha bir keçmiş deputat Yelena Bondarenko ölümlə hədələndiyini açıqlayıb

Dünən Regionlar Partiyasından olan daha bir keçmiş deputat Yelena Bondarenko ölümlə hədələndiyini açıqlayıb. O, “Facebook”dakı səhifəsində yazıb ki, ona “hazırlaş, növbəti qurban sənsən” şəklində təhdid mesajı göndərilib. Aprelin 16-da Ukrayna növbəti dəfə jurnalist qətli ilə silkələndi. Tanınmış ukraynalı jurnalist Olesya Buzin qətlə yetirildi. “Unian.net” saytı xəbər verir ki, hadisə paytaxtın Şevçenko rayonunda, jurnalistin yaşadığı binanın blokunda baş verib. Bu da son deyil. Dünən məlum olub ki, jurnalistlər Olesya Buzin və Sergey Suxobokdan sonra, Xmelnitsk vilayətində “Neteşinski Vestnik” qəzetinin baş redaktoru

“Ukraynada bir-birinin ardınca jurnalistlər qətlə yetirilir, siyasətçilər öldürülür, təhdid edilir, amma ABŞ və digər Qərb dövlətləri, mediası susmaqdadır. “Human Rights Watch”, “Amnesty International”, “Transparency International” kimi insan hüquq müdafiə təşkilatları qətllərlə razı olduqlarını ifadə edərək susmağa üstünlük veriblər”

Olqa Moroz qətlə yetirilib. Yerli mətbuat jurnalistin üzərində zorakılıq əlamətləri olan cəsədinin mənzilində aşkar olunduğunu xəbər verir. 35 min sakini olan Neteşin şəhərində baş verən cinayət faktı ilə bağlı Ukrayna polisi hərəkətə keçib. Ukraynada bir-birinin ardınca jurnalistlər qətlə yetirilir, siyasətçilər öldürülür, təhdid edilir, amma ABŞ və digər Qərb dövlətləri, media susmaqdadır. “Human Rights Watch”, “Amnesty International”, “Transparency International” kimi insan hüquq müdafiə təşkilatları jurnalistlərin qətlə yetirilməsi ilə razı olduqlarını ifadə edərək susmağa üstünlük veriblər. Halbuki Azərbaycanda bir küçə iti ilə bağlı hay-küy salaraq, bir-birinin ardınca bəyanat verərək, ölkəmizə qarşı haqsız ittihamlar səsləndirib, qarayaxma kampaniyası aparırdılar. Azərbaycanda bir itə görə hay-küy qaldıran beynəlxalq təşkilatlar Ukraynada 3 jurnalist, bir siyasətçi qətlə yetirilib, niyə susursunuz?

Azərbaycanda keçirilən adi məhkəmə prosesinə görə bəyanat verənlər Ukraynadakı siyasi qətllərə göz yumurlar

Təxminən eyni vaxtda Azərbaycanda gedən məhkəmə prosesinə görə bəyanat verən və bunu insan hüquqlarının müdafiəsi üçün etdiklərini deyən ABŞ və digər Qərb dairələri üçün Ukraynadakı “jurnalist ovu”, siyasi qətllər adi qəbul edilir. Tam açıq, şəffaf, qanuni şəkildə keçirilən adi məhkəməyə və orada verilən qərara görə dərhal bəyanat verənlər, Ukraynadakı siyasi qətllərə göz yumurlar. Bu yanaşma ikili standartların çərçivəsindən də uzaqdır. Bu günün Ukraynası elə Qərbin özünün əsəri olduğu üçün, siyasi qətlləri də, sifarişli jurnalist qətllərini də görməzdən gələrək, bu olaylara dəstək verirlər.

Ukraynada son günlər ərzində 3 jurnalist və bir keçmiş deputat müəmmalı şəkildə qətlə yetirilib

Bu, Qərb demokratiyasının əsl mahiyyətidir. Maraqlıdır ki, əksər Qərb mediası da susmağa üstünlük verərək qətllərin üstünü örtməyə çalışır. İtaliyanın “La Repubblica” qəzeti yazır ki, “Qərb mediasının səssizliyi altında bu gün Ukraynada müxalifətin amansız təmizlənməsi əməliyyatı keçirilir”. Nəşr yazır ki, Ukraynada təhlükəli intiqam havası hökm sürür: “Hansısa qüvvə bir il əvvəl “inqilab” nəticəsində doğulan hökumətin əleyhdarlarını sistemli şəkildə qətlə yetirməkdədir. Qısa müddət ərzində 3 siyasi qətlin baş verməsi Ukraynada qisas mühitinin hökm sürdüyünü göstərir. Keçmiş deputatın qətlindən sonra bir çox ukraynalı siyasi, oliqarx “nəhayət”, “buna layiq idi”, “düşmən məhv edildi” kimi fikirlər səsləndirdi. Çox güman ki, qətllər Ukrayna inqilabının radikal qanadı olan neonasist hərəkatı ilə bağlıdır”. Rusiya dövlət başçısı Putin qətllərə münasibətini ifadə edərkən, bunların Ukraynada ilk siyasi qətllər olmadığını deyib: “Bunlar yeni Ukraynada baş verən silsilə siyasi qətllərdən növbətisidir. Bu siyasi qətlləri nə Avropada, nə də Şimali Amerikada görmürlər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
4 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
5 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info