Azərbaycan-Sinqapur biznes forumu keçirilib
Tarix: 17.04.2015 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Sinqapur Biznes Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən İKT, logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, generator, metallurgiya, elektroenergetika, beton hazırlama avadanlıqlarının istehsalı, dənizdə tikinti işlərinin aparılması və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.
Biznes forumda AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb. Rüfət Məmmədov sinqapurlu iş adamlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Sinqapur nümayəndə heyətinin rəhbəri, “Kenetics Innovations” şirkətinin icraçı direktoru Ken Vong ölkəsinin iş adamları arasında sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına marağının böyük olduğunu bildirmiş, iki ölkə sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni əlaqələrin qurulması baxımından iki tərəfli görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırıb.
AZPROMO-nun nümayəndəsi Natiq Mədətovun Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair, Sinqapur Ticarət və Sənaye Nazirliyinin nümayəndəsi Aries Teonun Sinqapurun iqtisadiyyatı və biznes mühitinə dair təqdimatları maraqla qarşılanıb. Sonra “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası baş direktorunun müavini Samir Qasımov şirkətin fəaliyyəti haqqında təqdimatla çıxış edib. Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.


İlkin




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Melihə Əsədova: “Müəllimə verilən dəyər onun üçün stimuldur”
20.06.2019
“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
20.06.2019
Məşğulluq Mərkəzlərinin əməkdaşlarına əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramı barədə təqdimat keçirilib
20.06.2019
Azərbaycan əhalisinin sayı açıqlandı
20.06.2019
Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info