“AS Group İnvestment” alman biznesi ilə əlaqələri möhkəmləndirir
Tarix: 17.04.2015 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


“AS Group İnvestment” Şirkəti Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycanın) üzvü seçilmişdir. Üzvlüyü təsdiq edən müvafiq sənəd İdarə Heyətinin Sədri Samir Axundov və İcraçı director – İdarə Heyətinin Üzvü Florian Şröder tərəfindən imzalanıb. Alman iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən dünyanın 90 ölkəsində fəaliyyət göstərən Alman Xarici Ticarət Palatası Alman və xarici müəssisələrə öz xidmətlərini təklif edir.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının açılış mərasimi 12 noyabr 2012-ci il tarixində hər iki dövlətin 250-dən çox siyasət və iqtisadiyyat sahələrindən olan nümayəndələrinin iştirakı ilə baş tutub. Təntənəli açılış mərasimində Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirinin müavini xanım Kornelia Pieper, vitse - nazir cənab Niyazi Səfərov (İqtisadiyyat və Sənayə Nazirliyi), “Ticarət və İnvestisiyalar üzrə Alman-Azərbaycan yüksək səviyyəli işçi qrupunun” həmsədri və Almaniya hökumətinin Azərbaycan ilə iqtisadi əməkdaşlıq qrupunun əlaqələndiricisi cənab Dr. Brauner (Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi) və cənab Dr. Trayer (Almaniya Sənaye və Ticarət Palatası) iştirak etmişlər. “AHK Azərbaycan”-ın təsisi 14 mart 2012-ci il tarixində Federal Xarici İşlər Naziri Quido Vestervelle və Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun iştirakı ilə təsdiqlənib. Hal-hazırda Alman - Azərbaycan Xarici Ticarət Palatasının 130-dan çox Alman və Azərbaycan üzv təşkilatları var.
“AS Group İnvestment” Şirkətinin “AHK Azərbaycan”-a üzv seçilməsi Alman şirkətləri ilə məhsuldar və davamlı əməkdaşlığın məntiqi davamıdır. 2003-cü ildən tikinti sektorunda fəaliyyət göstərən, regionun aparıcı developerlərindən olan – “AS Group İnvestment” Mercedes-Benz, LIEBHERR, LOGIC Logistic Engineering, Dipl.-Ing. Gajowski kimi dünyaca məşhur Alman şirkətləri ilə müxtəlif layihələr çərçivəsində geniş əməkdaşlıq edir. Həmçinin, SES (Senior Experts Service) çərçivəsində Almaniyadan olan consultant, Klaus Winterlinq şirkətin fəaliyyətini dəyərləndidərək, müvafiq qiymətləndirməsini verib. Həmçinin “AS Group Investment”-in nümayəndələrinin 2014-cü ildə “Expo Real” sərgisində iştirakı Ticarət Palatasında üzvlüyə yardımçı oldu.
“AS Group Investment”-in baş mülkiyyətçisi Şahin Mövsümov əmindir ki, “AHK Azərbaycan”-da üzvlük, şirkətin Azərbaycanda və ölkə hüdudlarından kənarda gerçəkləşdirdiyi iri layihələrə böyük maraq göstərən Alman tərəfdaşları ilə gələcək məhsuldar əməkdaşlığın genişlənməsinə yardım edəcək.

İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info