Türkiyə ilə əmək, sosial müdafiə və məşğulluq sahəsində protokol imzalanıb
Tarix: 17.04.2015 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


Ankara şəhərində Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclası keçirilib. Tədbirdən öncə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ehtiramla ziyarət edib, məzarın önünə əklil qoyub.
İclas çərçivəsində S.Müslümov və Türkiyə Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Faruk Çelik arasında görüş olub. Görüşdə Azərbaycanın Türkiyə və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Türkiyənin əmək və sosial müdafiə nazirinin müstəşarı Ahmet Erdem də iştirak ediblər. F.Çelik Türkiyə və Azərbaycan arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın uğurla həyata keçirildiyini, əvvəllər imzalanmış sənədlərdə nəzərdə tutulan istiqamətlər üzrə konkret işlərin aparıldığını, müsbət əməkdaşlıq təcrübəsinin əldə olunduğunu bildirib. O, qarşıdakı dövrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini, bu məqsədlə lazımi səyləri göstərəcəklərini qeyd edib.
S.Müslümov nazirliklər arasında müvafiq fəaliyyət sahələri üzrə həyata keçirilən əməkdaşlığın, qarşılıqlı məlumat və təcrübə mübadilələrinin səmərəli olduğunu bildirib. Nazir əlavə edib ki, bu əməkdaşlıq ölkələrimizdə əmək, əmək miqrasiyası, məşğulluq, əmək bazarının inkişafı, işçi qüvvəsinin keyfiyyətcə yüksəldilməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi sahələrində aparılan işlərdə öz faydasını verir. S.Müslümov bildirib ki, Birgə Daimi Komissiyanın bu iclası qeyd olunan sahələrdə görülən işləri nəzərdən keçirməklə yanaşı, əlaqələrin genişləndirilməsi üçün müzakirələrin aparılmasına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinə də imkan yaradır.
Görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkənin hökumətləri arasında əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlığa dair imzalanan Sazişin əhəmiyyəti və qeyd olunan sahədə əlaqələrin inkişafında yeni mərhələ açdığı yekdilliklə vurğulanıb, sənədin icrası məqsədilə aparılan məqsədyönlü işlərdən söz açılıb.
Hər iki qurumun nümayəndə heyətlərinin iştirakı ilə keçən iclasda Birgə Daimi Komissiyanın ötən 7-ci iclasının Protokolunda müəyyən edilmiş vəzifələrin icrası istiqamətində görülən işlərin nəticələri nəzərdən keçirilib. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası tərəfindən əmək və sosial müdafiə mövzuları üzrə Bakıda keçirilən tədbirlər, bu tədbirlər çərçivəsində görüşlər, onların nəticələri müzakirə edilib, həmin tədbirlər zamanı göstərilən həmrəylik barədə razılıq ifadə olunub.
İclasda aparılan müzakirələrin yekunu olaraq, F.Çelik və S.Müslümov əmək münasibətləri, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq istiqamətlərini əhatə edən Protokolu imzalayıblar. Protokolda tərəflərin əmək münasibətləri, məşğulluq, sosial müdafiə sahələrindəki qanunvericilik və onun tətbiqinə dair dəyişikliklərlə bağlı bir-birlərini məlumatlandırmaqda davam edəcəkləri bildirilir. Sənəddə əmək və məşğulluğa dair qanunvericilik və onun tətbiqi, əmək fəaliyyətinin rəsmiləşdirilməsi formaları, qeyri-leqal məşğulluğun azaldılması sahəsində tədbirlər, üçtərəfli komissiyanın yaradılması, peşə bacarıqlarının artırılması, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində mövcud vəziyyətin tədqiqi, əməyin mühafizəsi normaları və standartları üzrə milli informasiya sisteminin yaradılması, əmək miqrasiyası proseslərinin tənzimlənməsi, sosial sığorta sisteminin təkmilləşdirilməsi və digər sahələrdə məlumat, təcrübə və mütəxəssis mübadiləsinin aparılması əksini tapır. Eyni zamanda, Dövlət Əməyin Mühafizəsi Fondu və Dövlət Məşğulluq Fondunun yaradılması ilə bağlı təcrübənin öyrənilməsi, hər iki nazirliyin səlahiyyət dairəsində olan məsələlərə dair birgə tədbirlərin, layihələrin həyata keçirilməsi imkanlarının araşdırılması kimi istiqamətlər də Protokolda yer alıb.
Görüşdən sonra nazirlər tədbir barədə media nümayəndələrinə məlumat verərək onların suallarını cavablandırıblar.

İlkin






























 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info