1627 əlil tam reabilitasiya olunub
Tarix: 20.04.2015 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Bu ilin I rübündə təkrar əlillik müayinəsi aparılan şəxslərdən 1627 nəfəri tam reabilitasiya olunub.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən cari ilin yanvar-mart aylarında təkrar əlillik müayinəsi aparılan şəxslərdən 1627 nəfəri tam, 1118 nəfər hissəvi reabilitasiya olunub.
ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ümumilikdə bu dövrdə tam reabilitasiya göstəricisi 3,2% olmaqla, hissəvi reabilitasiya 2%-dən 2,7%-ə yüksəlib.
Hesabat dövründə ilkin olaraq sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq hesab edilən şəxslərin sayı ötən ilin ilk rübü ilə müqayisədə 1515 nəfər (44,4%) azalıb. Cari ilin birinci rübü ərzində ƏƏSMN-nin bərpa müəssisələrində 1227 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq bərpa-müalicə xidməti ilə təmin edilib, habelə bu təbəqədən olan şəxslərə 6354 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xarici ölkələrdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili işləri bu il də uğurla davam etdirilir. Cari ilin birinci rübündə 28 nəfər əlilliyi olan şəxs Türkiyə Respublikasına bərpa müalicəsinə yola salınıb. Bu il ərzində ƏƏSMN tərəfindən 115 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşayəti ilə 70 nəfər sağlamlıq imkanları məhdud uşaq, ümumilikdə 185 nəfər xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndəriləcək ki, bu da ötən illə müqayisədə 20 faizədək çoxdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info