Bakıda Ümumdünya Yer gününə həsr edilmiş konfrans keçirilib
Tarix: 20.04.2015 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə Park İNN otelində 22 aprel-Ümumdünya Yer gününə həsr edilmiş “Həyat üçün seçilmiş planet: Yer” və “Təbiət və texnologiya” adlı iki hissədən ibarət konfrans keçirilib. Konfransı giriş sözləri ilə Ləman Piriyeva açaraq, GMİİB-in fəaliyyəti barədə qısa məlumat verib. Gənc nəslin maarifləndirilməsi istiqamətində təşkilatın bu vaxtadək “Heydər Əliyev irsi və dövlətçiliyin qorunmasında mənəvi dəyərlərin rolu”, “Ehtişam hər yerdə”, “Təkamül nəzəriyyəsinin süqutu ”, “Quran elmə yol göstərir” adlı konfranslar təşkil etdiyini vurğulayıb.
Sonra təşkilatın sədri Ramiq Vəliyev çıxış edərək, bioloji müxtəlifliyin qorunması, ekoloji təhlükəsizliyin təmin olunmasından bəhs edib. Ramiq Vəliyev öz çıxışında həmçinin Prezident İlham Əliyevin ölkədəki ekoloji siyasətin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb. Daha sonra ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun zəruriliyini qeyd edib, əhali arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Konfransın “Həyat üçün seçilmiş planet: Yer” adlanan ilk hissəsində Rövşən Əkbərov çıxış edib. Konfransın bu hissəsində Günəş sistemindəki tarazlıqlardan danışılıb.
İkinci hissədə isə Savalan Məmmədli “Təbiət və texnologiya” mövusunda çıxışa başlayıb. Təbiətdəki qüsursuz şəkildə yaradılmış canlıların texnologiyaya necə ilham mənbəyi olmasından, canlılar örnək alınaraq hazırlanan texnoloji vasitələrdən bəhs edib. Bir çox dövlət nümayəndəsi, elm adamı, ictimai-siyasi xadim, professor, təşkilat rəhbərlərinin iştirak etdiyi tədbir böyük maraqla izlənilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info