“Bakı 2015”ə həsr olunan reklam videoçarxı və himnin təqdimatı keçirilib
Tarix: 20.04.2015 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Bazar ertəsi Bakıda Birinci Avropa Oyunlarına həsr olunan reklam videoçarxı və himnin təqdimatı keçirilib.“Cari ilin iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə tərəfdaşlıqdan böyük qürur hissi duyuruq”, - deyə “Coca-Cola Bottlers” MMC-nin baş meneceri Cem Becel bəyan edib.
Onun sözlərinə görə, “Coca-Cola” 1928-ci ildən etibarən artıq 90 ilə yaxındır Olimpiya Oyunlarının rəsmi tərəfdaşı qismində çıxış edir.
“Azərbaycan üçün Birinci Avropa Oyunlarının əhəmiyyətini yaxşı anlayırıq”, - deyə C.Becel vurğulayıb.
“Dünyada “Coca-Cola” sevinc və xoşbəxtlik rəmzi kimi qəbul edilir”, - deyə şirkətin Qafqaz və Mərkəzi Asiya üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar üzrə meneceri Oleq Peletski, öz növbəsində qeyd edib.
Onun sözlərinə görə, idman insanın həyat fəaliyyətinin əsas tərkib hissəsidir, onun ruhunu möhkəmlədir, onu sağlam edir və xoşbəxtlik bəxş edir.
“Coca-Cola” “Bakı-2015” Avropa Oyunları üçün tanınmış müğənni Tünzalə Ağayevanın ifasında xüsusi himn hazırlayıb”, - deyə O.Peletski bildirib.
O qeyd edib ki, Avropa Oyunlarının təbliğatı istiqamətində, həmçinin Birinci Avropa qitə idman yarışlarında iştirak edəcək idmançıların adlarının qeyd olunduğu xüsusi “Coca-Cola” butılkaları da buraxılıb.
“Coca-Cola” şirkətinin “Bakı-2015” Avropa Oyunlarının tərəfdaşı olması bizim üçün böyük şərəfdir”, - deyə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş əməliyyat direktoru Saymon Kleq vurğulayıb.
O deyib ki, “Coca-Cola” “Bakı-2015” Avropa Oyunlarının təbliğatına yüksək peşəkarlıqla yanaşıb.
“Tarixdə ilk Avropa Oyunlarının başlanmasına 53 gün qalıb. Əminəm ki, “Coca-Cola” bu beynəlxalq yarışlarda yüksək xidmət səviyyəsi nümayiş etdirəcək”, - deyə S.Kleq vurğulayıb.
Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva tədbirdə “Coca-Cola”nın “Bakı-2015” Avropa Oyunlarına həsr etdiyi “Bakımın üzü gülür” adlı reklam himnini ifa edib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info