Çingiz Bayramov: “Türkiyədə təhsil məsələsində gənclər diqqətli olmalıdırlar”
Tarix: 21.04.2015 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyədə özəl yollarla təhsil almağa yollanan gənclərlə bağlı bizə fikirlərini bildirib: “Azərbaycan müstəqilliyini bərpa etdiyi ərəfədə dövlətimiz qardaş Türkiyə Universitetlərinə yüzlərcə tələbə göndərdi. Bu tələbələr o illərdə Azərbaycanın ən sayılıb seçilən və bilgili gənclərindən idi. Bu gün də bu ənənə davam edir və dövlət səviyyəsində Türkiyə başda olmaqla inkişaf etmiş ölkələrə tələbə göndərilir. 1990-cı ilin tələbələri təhsilləri ilə yanaşı Azərbaycanı qardaş Türkiyədə könüllü diplomatları kimi ikinci Vətənlərində layiqincə təmsil etmişdilər. Təəssüflə qeyd etmək istəyirəm ki, bir neçə ildir ki, xarici ölkələrdə təhsil almaq istəyən gənclərimizin arzularını həyata keçirən, günü-gündən göbələk kimi çoxalan "xaricdə təhsil" adlı MMC-lərin vasitəsi ilə imtahansız sadəcə, atestatla (atestatdakı bal belə nəzərə alınmır) başda Türkiyəmizin bütün universitetləri (Türkiyənin dövlət univresitetlərində təhsil haqqı pulsuzdur, ən azı 1000 - 3000 manat xidmət haqqı alırlar) olmaqla müxtəlif xarici ölkələrə tələbə göndərilir. Həqiqi mənada Azərbaycanı layiqincə təmsil edən və oxuyan tələbələrimizi çıxmaq şərti ilə təəssüf hissi ilə bildirirəm ki, bu tələbələrin əksəriyyətinin adı tələbədir, özü isə tələbəlikdən başqa nə işlərlə məşğul olduqları məchul məsələdir və tələbə adı ilə universitetlərə qeyd olunmuş insanlarımız daha yaxşı olar ki, “Türkiyədə təhsil alıram” deməsin, “mən Türkiyədə və digər xarici ölkələrdə 4 və ya 5 il turistəm” desə daha yaxşı olar. Fikirimcə, Təhsil Nazirliyinin yanında yeni "müfətişlik qurumu" yaranmalı, özəl kurslar və xaricdə təhsillə bağlı bütün MMC-lər nəzarət olunmalıdır”.


Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info