Boy uzadan qidalar
Tarix: 21.04.2015 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Uşaqların boyunun sürətlə uzanmasının sirri yaşıl yarpaqlı tərəvəzlərdə gizlənib. Boy uzanması genetik faktorlarla yanaşı, ətraf mühitlə də bağlıdır. Bu təsirlərin başında isə qidalanma yer alır. Türkiyəli dietoloq Yeşim İşgüzar, uşaqların boyunun sağlam uzanması üçün uşaqların inkişaf vaxtında nələr yeməli olduğunu bu cür sıralayıb:
Kalsium və fosfor sümüklərin inkişafına güclü təsir edir. Gündə 2 stəkan süd və ya süd məhsulları yedirin.
Körpəlik çağından etibarən qidalanma tərkibində kalsium olan bitkilər yedirin. Buraya cəfəri, ispanaq və təzə nanə kimi yaşıl yarpaqlı tərəvəzlər daxildir.
Boy uzanmasında proteinin də rolu vacib olduğu üçün hər gün 120 qram ət yedirin.
Sümükləri gücləndirən və böyümə hormonuna müsbət təsir edən digər bir qida da balıqdır. Balığın tərkibi omeqa3 yağı ilə zəngindir. Həftədə ən az 2 dəfə yeyilməsi çox faydalıdır. Uşağınız balıq yemirsə, həkimin tövsiyəsi ilə balıq yağı tabletləri verə bilərsiniz.
Ət sevməyən uşaqların protein qəbul etməsi üçün qidalanma rasionuna hər gün 1 porsiya paxla əlavə edin.
Sink də böyümə və inkişafa müsbət təsir edən müxtəlif hormonları aktivləşdirən mineraldır. Hər gün bir ovuc qoz, fındıq, fıstıq sink ehtiyacını qarşılayır.
Bədənin kifayət qədər D vitamini qəbul etməsi üçün günəş işığı da çox önəmlidir.
B12 vitamini də boy uzanmasına təsir edən ünsürdür.
Lazım olan vitamin və mineral qəbul etmək üçün hər gün 5 porsiya çiy tərəvəz və meyvə qəbul etmək lazımdır.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Xəstəliklərin 25 faizinin səbəbi qeyri-sağlam ətraf mühitdir
20.10.2019
Qurdları tökən salat resept
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub
17.10.2019
Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info