Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi I rübdə görülmüş işlərə dair hesabat verib
Tarix: 22.04.2015 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2015-ci ilin birinci rübü ərzində korrupsiyaya qarşı mübarizə sahəsində gördüyü işlərə dair mətbuat konfransı keçirilib.
Kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya qarşı Mübarizə Üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat veriblər.
Kamran Əliyev deyib ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bəzi faktlarla bağlı digər dövlət qurumları ilə birgə istintaq-əməliyyat qrupu yaradıb.
O qeyd edib ki, Baş İdarəyə korrupsiya cinayətlərinə dair daxil olan 190 material üzrə digər dövlət qurumları ilə birgə istintaq-əməliyyat qrupları təşkil olunub. Milli Təhlükəsizlik Nazirliyi ilə 1,Daxili İşlər Nazirliyi ilə 101, Vergilər Nazirliyi ilə 19 cinayət işi üzrə istintaq-əməliyyat qrupları yaradılıb.
K. Əliyev bildirib ki, Baş İdarəyə Milli Təhlükəsizlik Nazirliyindən 6, Fövqəladə Hallar Nazirliyindən 4, Ədliyyə Nazirliyindən 1, Dövlət Miqrasiya Xidmətindən 1, Daxili İşlər Nazirliyindən 2 material daxil olub. Onlardan bəziləri üzrə cinayət işlərinin başlanması təmin edilib. Bəzi hallarda isə digər tədbirlər görülüb, şəxslərin intizam məsuliyyətinə cəlb edilmələri təmin olunub.
K. Əliyev deyib ki, yuxarıda sadalananlardan başqa, Baş İdarəyə məhkəmələrdən 20, Maliyyə Nazirliyindən 3, Səhiyyə Nazirliyindən 2, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından 1, digər prokurorluq orqanlarından 3, Təhsil Nazirliyindən 3,Ədliyyə Nazirliyindən 2, Hesablama Palatasından 1, digər qurumlardan isə 15 material göndərilib.
Bildirilib ki, ötən dövr ərzində dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, mütərəqqi institusional tədbirlər həyata keçirilib. Bu il yanvarın 9-da Azərbaycan Respublikasının baş prokuroru tərəfindən Baş İdarənin yeni strukturu, idarə və şöbələri təsdiq edilib, əməkdaşlar yeni struktura uyğun vəzifələrə təyin ediliblər.
Qeyd edilən dövrdə korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim böyük önəm verilib. Gələcəkdə də korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqan olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi istiqamətində fəaliyyət və əlaqələrini daha da inkişaf etdirəcək.
Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2015-ci ilin I rübü ərzində gördüyü işləri müsbət dəyərləndiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info