Azərbaycan Uşaq Məcəlləsinin layihəsi hazırdır
Tarix: 22.04.2015 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


"Azərbaycan Uşaq Məcəlləsinin layihəsi artıq hazırdır". Bu barədə məlumat verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, layihə ilin sonuna kimi hökumətə təqdim olunacaq. E. Səfərovun sözlərinə görə, Uşaq Məcəlləsinin hazırlanması zamanı beynəlxalq və aidiyyəti dövlət qurumlarının rəyləri öyrənilir: “Məcəllənin hazırlanmasında BMT-nin Uşaq Fondu – UNİCEF-dən, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri öyrənilir. 2012-ci ilin yanvar ayında BMT-də Azərbaycan hökumətinin uşaq hüquqlarının müdafiəsinə dair konvensiyaya dair növbəti hesabatı dinlənilərkən Uşaq Məcəlləsinin qəbulu təklif olunmuşdu. Azərbaycanın Uşaq Məcəlləsi BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasına uyğun hazırlanıb. Uşaq Məcəlləsində uşaq nikahlarının qarşısının alınması, valideyn məsuliyyətinin artırılması, uşaqların orqan satışının qarşısının alınması, internetdə uşaq hüquqlarının müdafiəsi sisteminin yaradılması, uşaq alveri ilə mübarizə, uşaqlara qarşı zorakılığın bütün formalarının qarşısının alınması kimi məsələlər əksini tapacaq. “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında da Uşaq Məcəlləsinin yaradılması nəzərdə tutulub”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info